Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:14

ABŞ müdafiə naziri Avropaya 'sarsılmaz NATO zəmanəti' verir


ABŞ müdafiə naziri James Mattis
ABŞ müdafiə naziri James Mattis

ABŞ müdafiə naziri James Mattis vəzifəsinə başladığı ilk gündə Avropa müttəfiqlərinə zəmanət verərək bəyan edib ki, ölkəsinin NATO qarşısında öhdəliyi “sarsılmazdır”

Pentaqonun sözçüsü deyib ki, Mattis NATO-nun baş katibi Jens Stoltenberg və Britaniyanın müdafiə naziri Michael Fallon-la yanvarın 23-də söhbət edib və ABŞ prezidenti Donald Trump-ın NATO-nu “köhnəlmiş” adlandırmasından doğan narahatlıqları cavablandırıb.

“Mattis Birləşmiş Ştatların NATO-ya sarsılmaz sədaqətini bir daha təsdiqləyib” – deyib Pentaqonun sözçüsü kapitan Jeff Davis.

Stoltenberg-lə telefon söhbətində “iki rəsmi ortaq dəyərlərin mühümlüyünü müzakirə ediblər və ABŞ naziri deyib ki, bu dəyərlərin müdafiəsi üçün müttəfiqlərə köməkdə Birləmiş Ştatlar üçün başlanğıc nöqtə həmişə Avropadır”.

"Hər iki rəsmi qarşıdan gələn aylarda müzakirələri davam etdirəcəklərini və NATO müdafiə nazirlərinin fevralda keçiriləcək müşavirəsində şəxsən görüşəcəklərini bildiriblər” – deyib Davis.

“Fallon-la söhbətində Mattis Birləşmiş Ştatlar və Birləşmiş Krallıq arasında xüsusi münasibətlərin mövcudluğunu təsdiq edib və deyib ki, iki ölkə arasında hərbi bağlar ABŞ təhlükəsizliyinin məhvəridir” – bildirib sözçü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG