Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:06

Maska və kitabları mikrodalğalı sobaya qoymayın


Mikrodalğalı soba
Mikrodalğalı soba

İnsanlar COVID-19 virusundan qorunmaq üçün müxtəlif yaradıcı üsullar axtarıb tapırlar. Nəticədə ABŞ-ın Miçiqan ştatında azı bir kitabxana insanlara xəbərdarlıq edib: "Kitabları mikrodalğalı sobada qızdırmayın!".

Freep.com saytı yazır ki, bir istifadəçinin Kent bölgə kitabxanasına qaytardığı kitabda mikrodalğalı sobanın təsirindən yaranmış yanıq izləri aşkar edilib. Kitabın zədələndiyini görən kitabxana işçiləri kitabxananın rəsmi Facebook səhifəsində əhaliyə xəbərdarlıq edib. Kitabxana, eyni zamanda, mikrodalğalı sobanın təsirinə məruz qalaraq zədələnən kitabların şəkillərini yerləşdirib.

Kitablar 72 saatlıq karantindən keçir

Kitabxanada saxlanan kitabların içinə təhlükəsizlik məqsədilə xüsusi radiodalğa identifikasiyası lövhəsi vurulur. Bu lövhənin ortasına metaldan xüsusi komponent yerləşdirilir. Metalsa mikrodalğalı sobaya daxil edildikdə kitabı yandırıb cildinə qədər deşik aça bilər.

"Bilmirəm, bunu xəbərlərdəmi görüblər, düşünüblər ki, bəlkə istilik COVID-19-u öldürər", – Kent bölgə kitabxanasının regional meneceri Elizabeth Guarino-Kozlowicz jurnalistlərə deyib.

O bildirib ki, mikrodalğalı sobaya qoyulmuş metal yana, yaxud alovlana bilər.

Kitabxana istifadəçilərinə bildirib ki, bütün materiallar onlara çatdırılmazdan öncə plastik örtüyün arasında 72-saatlıq karantindən keçir. Buna görə də əlavə sterilizasiya tədbirlərinə ehtiyac yoxdur. Kitabxanalar materiallardan istifadə zamanı təhlükəsizliyi təmin etmək üçün ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin təlimatlarına əməl edirlər.

"Bütün materiallar xüsusi məkana göndərilir. Burada onları üç gün gözlədirik. Bütün bunlardan sonra onları bir daha yoxlayırıq. Biz istifadəçilərin əlavə nəsə etməklə bağlı narahatlıq keçirməsini istəmirik", – Guarino-Kozlowicz deyib.

Guarino ictimai təhlükə şəraitində kitabxananın təhlükəsizlik prosedurlarını hazırlayarkən çoxlu araşdırma apardığını deyib. O, istifadəçilərə kitabxanaların təhlükəsizlik planları ilə yaxından tanış olmağı tövsiyə edib.

Yüksək temperatur koronovirusu öldürə bilər, amma...

Əşyaları istiliyin təsirinə məruz qoymaq virusu öldürə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 60°C-dən yuxarı temperatur SARS koronavirusunu öldürməyə qadirdir. Bu virus hazırda dünyanın mübarizə apardığı yeni SARS-CoV-2 virusuna oxşar davranış nümayiş etdirir. Ancaq, hələlik, istiliyin SARS-CoV-2-a təsiri haqda dəqiq məlumat yoxdur.

İstənilən halda, romanı mikrodalğaların təsirinə məruz qoymaq ağıllı fikir təsiri bağışlamır.

Kitabı mikrodalğalı sobada qızdıraraq yandıran istifadəçinin buna görə cərimələndiyi bildirilir. İstifadəçi cəriməni ödədikdən sonra kitabı birdəfəlik evinə apara bilər.

Kitabxana kitabların üzərində ola biləcək viruslardan narahat olan insanları zəng vurub kitabxananın təhlükəsizlik təlimatları ilə maraqlanmağa dəvət edib. Bundan başqa, bir müddət kitabxanadan elektron və audio kitablar da götürmək mümkündür.

Kent bölgə kitabxanası iyulun 6-dək istifadəçilərin üzünə bağlıdır. İyunun 15-dənsə insanlar yalnız sifariş etdikləri kitabları kitabxananın arxa girişindən götürə bilirlər. Bu, son bir neçə həftə ərzində Şimali Amerikada bir çox kitabxananın tətbiq etdiyi üsuldur.

Maskalarla neyləməli

Bundan başqa, "USA TODAY"in cavablandırmalı olduğu suallar arasında bir sual üz maskalarının sterilizasiyası ilə bağlı olub. Mütəxəssislər maskaların mikrodalğalı sobada qızdırılmasını düzgün saymırlar. Çünki kitabxana materialları kimi maskaların da içərisində çox vaxt metal olur.

Detroytun "Detroit Red Wings" peşəkar xokkey komandası ictimaiyyətə öz köməyini təklif edib. Komanda insanların maskalarını özünün "Sani Sport VE" adlı sterilizasiya maşınında təmizləyir. Bu maşın ozon qaz filtrlərindən istifadə edir.

Sayt yazır ki, maskaları evdə dezinfeksiya etməyə çalışmaq tövsiyə olunmur. Parça maskaları və üz örtüklərini isə paltaryuyan maşında yumaq lazımdır.

Kanadanın Ontario əyalətinin baş yanğın rəsmisi də may ayında üz maskaları və digər şəxsi təhlükəsizlik vasitələrinin mikrodalğalı sobaya qoyulmasının ciddi təhlükəyə səbəb ola biləcəyi haqda xəbərdarlıq yayıb. O bildirib ki, artıq bu ilin əvvəlindən bəri əyalətdə ölümlə nəticələnən yanğın hallarının sayında artım qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG