Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 21:28

Mask Twitter-i 41 milyard dollara almağı təklif edir


İlon Mask
İlon Mask

Aprelin 14-də Twitter-in səhmləri 12 faizədək bahalanıb

Milyarder sahibkar İlon Mask Twitter sosial şəbəkəsinin ona məxsus olmayan 91 faizini almaq üçün 41 milyard dollardan artıq nağd vəsait təklif edir.

Twitter Inc. aprelin 14-də bildirib ki, şirkətin səhmlərinin hazırda 9 faizindən çoxunun sahibi, şirkətin ən böyük səhmdarı olan Mask bir gün öncə şirkətə məktub göndərərək onun səhmlərinin hamısını biri $54.20-a almağı təklif edib.

Mask həftənin əvvəlində Twitter-in idarə heyətinə üzv olmaqdan imtina edib. İdarə heyətinə üzvlük onun şirkəti almasını önləyəcəkdi.

“Mən Twitter-ə sərmayə qoydum, çünki onun bütün dünyada azad söz platformasına çevrilmək potensialına, azad sözün isə işlək demokratiya üçün sosial göstəriş olmasına inanıram”, – Mask məktubunda yazıb.

Onun təklifi şirkətin aprelin 1-nə olan qiymətindən 38 faiz yüksəkdir.

Maskın sözlərinə görə, şirkətə investisiya qoyandan anlayıb ki, o indiki formada sosial göstəriş kimi uğur qazanmayacaq, buna xidmət etməyəcək. “Twitter özəl şirkət kimi transformasiya olunmalıdır... Mənim təklifim ən yaxşı və yekun təklifdir və qəbul edilməsə, səhmdar kimi mövqeyimi yenidən nəzərdən keçirməli olacağam”, – Mask sözlərinə əlavə edib.

Aprelin 14-də Twitter-in səhmləri 12 faizədək bahalanıb.

XS
SM
MD
LG