Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

Sahibkarlar kompensasiya tələb edirlər


Bakıda maşın bazarında yanğın olub
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

Bakıda maşın bazarında yanğın olub

-

Bakının Nizami rayonundakı maşın bazarında baş verən yanğından zərər çəkən sahibkarlar dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Sahibkarlardan biri Turan-ın müxbiri ilə söhbətində bildirib ki, ona 100 min ABŞ dolları dəyərində ziyan dəyib.

Adının açıqlanmasını istəməyən 1-ci qrup əlil sahibkar isə bildirib ki, maşın bazarına qoyduğu sərmayənin müəyyən hissəsi Accessbank-dan götürdüyü kredit, qalan hissəsini isə İsmayıllıdakı bağını satmasından əldə edib.

Sahibkar pullarını maşın bazarının sahibi Rasim Salmanovdan tələb edir.

“Mənim pulumu Rasim Salmanov ödəsin. Ödəməsə, bütün xarici dövlətləri qaldıracam ayağa. . Mən qorxmuram, sözümdən də çəkinmirəm”, - sahibkar bildirib.

Sahibkarlar xarici dövlətlərdən ekspertlərin dəvət olunmasını, yanan mallara qiymət qoyulmasını tələb edirlər.

Onlar həmçinin deyirlər ki, yanğının gec söndürülüb.Bunun məsuliyyəti həm də, hökumət orqanlarının üzərinə düşür.

Hazırda Fövqəladə Hallar Nazirliyinin ( FHN) komissiyasi hadisə yerində təhqiqat aparır. Sahibkarlar yalnız dəmir qapılar arxasından baxırlar və içəri daxil ola bilmirlər.

FHN-in məlumatına görə, yanğın nəticəsində həlak olan və xəsarət alan yoxdur.Yanğın zamanı bazarın 3 min kv. metr ərazisinin təxminən 900 kv. m.-i yanıb. Şahidlərin sözlərinə görə, 50 dükan yanıb, lakin sahibkarların bəzisi öz əmlakını çıxara bilib.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

Avtomobil bazarında əsasən ehtiyat hissələri, boyalar, təkər və maşın yağları satılırdı.

Əlaqədar qurumlar, bazar sahibi sahibkarların kompensasiya tələblərini şərh etməyiblər. Hökumətdən də yanğınla bağlı hər hansı açıqlama gəlməyib.

Üstəlik FHN-in məlumatından fərqli olaraq yanğında 5 nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya deyib ki, onlar təcili yardım briqadaları ilə xəstəxanaya gətirilib. Zərərçəkənlərin səhhətində ciddi problemlər olmayıb. Zəhərlənənlərə lazımi tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Yanğın iyunun 30-da gecə saatlarında baş verib.

Yanan mağaza sahibi: Bütün malım yanıb

Yanan mağaza sahibi: Bütün malım yanıb
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 1 iyul

Azərbaycanda nə qədər insan həkim səhvinin qurbanı olur?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 1 iyul

11 nəfər 1 otaqda yatırıq - Qəzalı binanın sakinləri danışır

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG