Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:57

 Masallı Sənaye Məhəlləsindən gözləntilər və...


Azərbaycan, Masallı rayonu
Azərbaycan, Masallı rayonu

Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar və Masallı rayonlarına gedib. Bir sıra obyektlərin açılışı olub, lentlər kəsilib. Onlardan biri də Masallı Sənaye Məhəlləsi olub...

Masallı Sənaye Məhəlləsi-ndə əsasən mebel istehsal olunacağı bildirilir. Orada mebel istehsal edən 5 müəssisənin fəaliyyət göstərdiyi qeyd edilir. Verilən məlumata görə, bu müəssisələrin tikintisinə sahibkarlar 3,5 milyon manat investisya qoyub. Sənaye Məhəlləsində 142 iş yerin yaradıldığı bildirilir.
İki ildən artıq idi ki, Masallı Sənaye Məhəlləsinin tikintisi davam edirdi. Rayon sakinlərinin Sənaye Məhəlləsi ilə bağlı fikirləri birmənalı deyil.

Buna da bax: 'Fındıq monopoliyası' tüğyan edir

“Orada kənd təsərrüfatı məhsulu emal edilsəydi yaxşı olardı”

Arxiv foto
Arxiv foto

Masallı rayonun Təklə kənd sakini, torpaq sahibi Səmədağa Həsənov Sənaye Məhəlləsinin yaradılmasına yaxşı baxır. Ancaq o hesab edir ki, bunun kəndlilərə xeyri yoxdur:

“Mənim 5 hektar yerim var, orada yonca əkmək istəyirəm. Heyvandarlığın inkişafında yem əsas rol oynayır. Buna görə mən kömək istəyirəm. Amma kömək edən yoxdur. Orada kənd təsərrüfatı məhsulu emal edilsəydi yaxşı olardı. Məhsulmuz sahədə qalmazdı.”

Səmədağa Həsənov deyir ki, indi kənd təsərrüfatı mütəxəssislərinə ehtiyac var:

“Hər il əkinlə bağlı problemlərimiz ortaya çxır. Gah su çatmır, gah da sel gəlir, bitkiləri xəstəlik tutur, mal-qaralar xəstəlikdən ölür. Bizim dərdimizi də eşitsələr pis olmaz.”

Kiçik təsərrüfat sahibi Toğrul Həsənli da məsələyə eyni məzmunda münasibət bildirir:

“Bəlkə də rayon üçün yaxşıdır. Ancaq biz kənd adamları əkin-biçinlə məşğuluq. Bizi ən çox əkin maraqlandırır. Qoy bir az işləsin, xeyri-ziyanı bilinər . Ancaq inamıram ki, bu hansısa problemi həll etsin. Dəryada bir damladır...”

“İşsizliyə elə də təsiri olmayacaq”

Müsavat Partiyasının Masallı rayon təşkilatın sədri, iqtisadçı Xasay Fərzulla da deyir ki, Sənaye Məhəllələri yaratmaqla rayonda olan problemləri aradan qaldırmaq mümkün olmayacaq:

Müsavat Partiyasının Masallı rayon təşkilatın sədri, iqtisadçı Xasay Fərzulla
Müsavat Partiyasının Masallı rayon təşkilatın sədri, iqtisadçı Xasay Fərzulla

“Yeni açılmış Sənaye Məhəlləsi köklü istehsal sahəsi deyil. Burada hazırlanacaq hissələrin ayrı-ayrı sahələrə aid olduğu deyilsə də əsasən mebel sahəsinə aiddir. Bu sahə isə Masallıda var idi. Rayonda irili-xırdalı 50-yə yaxın mebel sexi var. Ən maraqlısı odur ki, bu “məhəllə” nə qədər davam gətirəck. Çünki, buna bənzər obyektlərin yaxın keçmişdə açıldığını müşahidə etmişik. Onlar sonradan fəaliyyətlərini dayandırıblar. Rayonun əhalisi 200 min nəfərdən çoxdur. İşsizliyə elə də təsiri olmayacaq. Hər hansı istehsal sahəsini yaradarkən yerli xüsusiyyətləri nəzərə almaq lazımdır.”

Astara şəhər sakini, iqtisadçı Vidadi Mirzəyev de deyir ki, Sənaye Məhəllələrinin iqtisadi səmərəsi haqqında danışmaq hələ tezdir:

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

“Keçmişdə iri şəhərlərdə dulusçular, dəmirçilər məhəllələri olardı. Astara rayonun Pensər kəndində indi də təndir məhəlləsi var. Bu məhəllədə təndir hazırlamaqla məşquldurlar. Massalı rayonun Musaküçə kəndində həsir toxuyan məhəllə də var. Tələbata oyğun olaraq bu məhəllələr yaranıb. El arasında “güclə bazar olmaz” ifadəsini yəqin eçitmisiniz. Güclə bazar effekt vermir. Sənaye Məhəllələri də göstərişlə yaradılır. Onların istehsal etdiyi məhsullar bazarda doludur. Məsələn, Neftcala Sənaye Məhəlləsində maşın istehasal edilir. Balıq sənayesi ilə bağlı orda sahələr də var. Bunu başa düşmək olar. Amma Neftçalada minik maşını istehsalı, mənə çatmır. Bəri başdan deyirəm ki, rəqabətə dözməyəcək.”

Buna da bax: Masallıda göyərti ilə dolanan kənd susuz qalıb

“Sənaye Məhəlləsi rayonun iqtisadi inkişafını sürətləndirəcək.”

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavani Nəsir Muxtarlı isə Sənaye Məhəlləsinin istifadə verilməsini müsbət hadisə hesab edir:

“Səneye Məhəlləsinin potensialı böyükdür. Dövlət hazır binanı sahibkara verir. Bina su ilə, işıqla, bank xitmətləri ilə təmin olnub. Burda istehsal edilən məhsul vergidən 50 faz azaddır. İdxal edilən məhsullar da vergidən azaddır. İldən ilə sahələr genişlənəck, bununla yanaşı burda işləyənlərin sayı da artacaq. Masallı sənyesi çox inkişaf edib. Sənaye Məhəlləsi rayonun iqtisadi inkişafını sürətləndirəcək.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG