Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:11

Masallıda 3 kənd məktəbinin qapadılacağı bildirilir, nə səbəbə?


Kənd məktəbi (arxiv fotosu). Cənub regionu. 3iyul2015
Kənd məktəbi (arxiv fotosu). Cənub regionu. 3iyul2015

Masallı rayonunda 3 kəndin ümumtəhsil məktəbinin ixtisara düşəcəyi bildirilir.

Bu barədə yerli “Cenubxeberleri.com” saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, rayonun Qızılavar, Məmmədoba Kürdəbazlı kəndlərin ümumtəhsil məktəblərində bu ixtisarla bağlı hazırlıqlar gedir. Artıq, məktəblərin əmlakları da qeydə alınır.

Buna da bax:​ Tovuzda 11 illik məktəbi 9 illiyə çevirib kəndliləri narazı salıblar

Qızılavar kəndi, Masallı. 15nov2013
Qızılavar kəndi, Masallı. 15nov2013

Bu məsələnin müəllimlər və valideynlər arasında narazılıqla qarşılandığı söylənir.

“41-45-ci illərin müharibəsində məktəb ləğv olunmayıb”

Adının çəkilməsini istəməyən bir valideynin deməsinə görə, qabaqcadan yerli sakinlərə bu barədə məlumat verilməli idi:

“Kimin kefi nə istəyir elə də hərəkət edir. Mənim uşağım bundan sonra məktəbə getmək üçün 5-6 kilometr yol qət etməlidir. Bunun yağışı, qarı var. Bunlar nə fikirləşirlər? Ləğv ediləcək məktəblərin binaları köhnədir. Yenisini inşa edə bilmirlər, köhnəni ləğv edirlər. Hamısı pul tələsidir. 41-45-ci illərin müharibəsində məktəb ləğv olunmayıb. Bunlar buna da əl atdılar...”

Buna da bax:​ Miyankü kəndində valideynlər uşaqları məktəbə buraxmaq istəmir

“Cenubxeberleri.com” saytının redaktoru Zahir Əmənovun deməsinə görə, Masallıda kiçik məktəblərin daha geniş məktəblərə birləşməsi söhbəti çoxdan gedirdi:

“Cenubxeberleri.com” saytının redaktoru Zahir Əmənov
“Cenubxeberleri.com” saytının redaktoru Zahir Əmənov

“Təxminən il ərzində 100-150 min manata qənaət olunacaq”

“Qızılavar məktəbin birləşməsi nəticəsində 20-dən artıq müəllimin, 15-dən artıq texniki işçinin kənarda qalması narazılıq yaradıb. Görünən odur ki, Təhsil Nazirliyi qərarında qətidir. Çünki maliyyə məsələləri onlar üçün daha vacibdir. Təxminən il ərzində 100-150 min manata qənaət olunacaq. Bu məktəblərdə olan siniflər digər məktəblərdəki siniflərə birləşdiriləcək. Əlavə siniflər yaranmayacaq”.

Lənkəran Müəllimlər Cəmiyyətinin sədri Rahim Nuriyev deyir ki, bütün bunlar qanunla həll olunmalıdır:

“Təhsillə bağlı qanunların heç birində məktəblərin hansısa şərtlər daxilində birləşdirilməsi yoxdur”.

Buna da bax:​ Miyankü kəndində valideynlər uşaqları məktəbə buraxmaq istəmir

R. Nuriyev deyir ki, təhsil çox vacib və həssas sahədir. Burda hər hansı bir yerdəyişmələr edilirsə, elmi əsaslar gözlənməlidir:

“Məktəb kolxoz deyil”

“Kolxoz deyil ki, əsas olmalıdır. Təhsil Nazirliyinin belə bir sərəncamına rast gəlməmişəm. Yoxdur. Tutaq ki, 3 kəndin məktəbini birləşdirirlər. Qonşu kəndən şagirdlər nə ilə gələcək? Kəndlər arasında 7-8 kilometr məsafə var. Burda məqsəd rüşvətdir. Birləşmiş məktəbə müəllim götürmək üçün rüşvət alacaqlar. O biri müəllimlər qalacaqlar başlarına döyə-döyə...”

İcra Hakimiyyəti: “Hərə istəyir ki, məhəlləsində məktəb olsun”

Buna da bax:​ Məktəbdə uşağı soyuqdan xəstələnən atanın şikayəti

Masallı. 24mart2013
Masallı. 24mart2013

Masallı rayon İcra Hakimiyyətindən bildirdilər ki, məktəblərin birləşdirilməsi Təhsil Nazirliyin sərəncamı əsasında həyata keçirilir:

“Masallıda yüzə yaxın məktəb var. Elə məktəb var ki, maddi-texniki bazası zəifdir. Qızılavar kəndində 3 məktəb var. Bazası zəif olan məktəb daha yaxşı təchiz olunmuş məktəblə birləşdirilir. Burda nə var? Bu məktəbin müəllim və şagirdləri qonşu kəndlərin məktəblərində yerləşdiriləcək. Narazılıq mümkündür. Hərə istəyir ki, məhəlləsində məktəb olsun...”

Buna da bax:​ 'Hökumət 200 şagirdi zorla 8 sinif otağına sığışdırır'

Qızılavar kəndində bağlanması gözlənilən məktəbdə 13 sinif, 22 müəllim var. Həmin məktəbdə 185 şagird oxuyurdu. Məmmədoba kəndindəki məktəbdə 9 sinif, 11 müəllim, 42 şagird, Kürdəbazlı kənd orta məktəbində də 9 sinif, 14 müəllim, 79 şagird var.

Ümumilikdə 47 müəllim və 300-dən çox şagirdin qonşu kənd məktəblərinə köçürüləcəyi gözlənilir. Bu məktəblərdə 30-dan çox texniki işçinin çalışdığı bildirilir. Ehtimal edilir ki, həmin şəxslər özlərinə kənarda iş axtarmalı olacaqlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG