Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Məscidlərdən pulla yanaşı kəfən oğurlayanlar da var


Təngərüd kənd məscidi, Astara rayonu
Təngərüd kənd məscidi, Astara rayonu

Aprelin 23-də Masallı rayonunun Aşurlu kənd məscidində oğurluq olduğu bildirilir.

Bu barədə məlumat verən Cənubpress.az internet qəzetinin redaktoru Mirələm Həşimov oğurluğun günorta saatlarında baş verdiyini deyib:


“Qəza namazı qılmaq adı ilə məscidə daxil olan şübhəli şəxslər kassa qutusunu qıraraq içindəki pulları götrüblər...”

Kassadan müxtəlf valyutalarda pul götürüldüyü iddia edilir.

Ölkənin kütləvi informasiya vasitələrində (KİV) məscidlərdə baş verən oğurluq hadisələri ilə bağlı ara-sıra məlumatlara rast gəlmək mümkündür.

Yerli saytların yaydığı məlumatlara görə, son 8 ildə 30-a yaxın müxtəlif dinə məxsus ibadət yerlərindən oğurluq baş verib.

Bəzi rayonlarda nəzir qutularının oğurlandığı deyilir.

Masallıda məscid
Masallıda məscid

Mirələm Həşimova görə, adətən məscidlərdən oğruluq edənlər narkotik vasitələrdən asılı olanlar edir:

“Ötən dəfə də məsciddə oğrluq olmuşdu. Polisə getdim, gördüm ki, oğrular narkomanlardır. Tutulanların çoxu narkomandır. Maraqlıdır ki, onlar haradan biliblər ki,məsciddə bu qədər pul var...”

“Adətən bu barədə polisə məlumat vermək istəmirlər”

Astara rayon sakini, 84 yaşlı Höccət Yusubov deyib ki, 30-40 il bundan əvvəl belə hallar yox idi:

“Mən öz yaşmdan görmüşəm, o dövrdə məsciddlərdə oğurluqlar olmayıb.Ümumiyyətlə məsidə pul verməzdilər. Nə nəzir qutuları var idi, nə də kassa. Məscidə 1-2 kiloqram qənd, quru çay aparardılar.Orda çay içərdilər, ibadətlərini edərdilər, çıxb gedərdilər. Düzdür o dövrdə məscidlərin çoxunu anbar etmişdilər. İşləyən məscidlər də tarixi abidələr kimi fəaliyyət göstərirdilər. Əslində oğurluq etməyə bir şey olmayıb. İndi məscidlərdə oğurluq halları artıb. Bizim kənd məscidindən oğurluq etmişdilər. Qonşu Məscidməhllə kəndin məscidindən həmişə oğurluq çox olub. Adətən bu barədə polisə məlumat vermək istəmirlər.Özləri həll edirlər. Bu da oğurluq etmək istəyənlərə yol açır. Başqa yerdə oğurluq etsə həbs edərlər... Allahın tövbə qapısı həmişə açıqdır.”

“Rusiyda və başqa yerlərdə işləyən kənd sakinləri nəzir göndərirlər”

O deyib ki, məscidlərə verilən nəzirin çox hissəsini xaricdə işləyən kənd sakinləri göndərirlər:

“Rusiyda və başqa yerlərdə işləyən kənd sakinləri nəzir göndərirlər. Oğlum Qazaxıstandadır. Həmişə 100-150 dollar göndərir. Kassaya atmıram. Orda xidmətçi var ona veirirəm. Oğurlanan məbləğ az olanda heç kimə demirlər, ümumiyyətlə səslərini çıxartmırlar.Məbləğ çox olanda səsküyə səbəb olur. Hesabını gərək verəsən.Oğurluq edənlər cavanlardır. Ehtiyacadan irəli gəlir.Yaşayışı yaxşı olsa oğrluq etməz ki...”

Şair Aqil Ərəbov, Masalli rayonu
Şair Aqil Ərəbov, Masalli rayonu

Azərbaycan Yazıçılar Birliyin üzvü, şair Aqil Ərəbov isə məsələni belə dəyərləndirir:

”Günahdır. İbadət yerindən oğurluq etmək cəmiyyətdə olan müəyyən qüsurların, haqsızlıqların, işsizliklərin meydana gəlməsindən irəli gəlir. Eşidirəm, oğurluq edənlər əsasən cavanlardır. Cavan yaşında insan işləməlidir, təhsil almalıdır. Baxırsan, oğurluq edənlərin mütləq əksəriyyəti işsizdirlər...Bütün hallarda oğurluq çox böyük günahdır.”

Astara rayon Təngərüd kənd məscidin müftisi Sabir Zahidov isə oğurluqlar arasında fərq görmür:

Astara rayon Təngərüd kənd məscidin müftisi Sabir Zahidov, 29 aprel 2018
Astara rayon Təngərüd kənd məscidin müftisi Sabir Zahidov, 29 aprel 2018

“Islam oğruluğu haram buyurub.Deyirlər məsciddə oğurluq olubsa bu başqa məsələdir. Fərq etmir, oğurluq oğurluqdur.O adamın oğradığı pulda zəhməti yoxdur. Quranda var, haram buyurulub. Dilənçilik də haramdır. Bunlar insanın şəxsiyyətinə xələl gətirən hallardır. Camaat niyyət edib, gətirb məscidə.O niyyətlə gətirməyib ki,onu oğurlasınlar.Bizim məsciddən 3 il bundan əvvəl 5 dəst kəfən oğurlamışdlar.Kassa var, nəzarət edilir. Həm də təbliğat aparırıq ki,oğuruluq etmək olmaz. Bizdə kənddə son zamanlar oğuruluq da azalıb.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG