Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Martın 22-dən Qırğızıstanda fövqəladə vəziyyət tətbiq olunacaq


Qırğızıstan, 20 mart 2020
Qırğızıstan, 20 mart 2020

Martın 22-də Qırğızıstanda fövqəladə vəziyyətin tətbiqinə başlayır.

AzadlıqRadiosunun qırğız xidmətinin verdiyi məlumata görə, Fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar ölkənin Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş nazir Muhammedkaly Abylgazievin sədrliyi ilə keçirilən hökumət iclasında qəbul edilib.

Məlumata görə, ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu nəzərə alaraq, aprelin 12-dək təyin edilmiş bir sıra yerli məclislərdə səsvermə tarixinin təxirə salınması barədə də qərar qəbul edilib.

İclas zamanı baş nazir qərara uyğun olaraq, hökumətin fövqəladə vəziyyətin tətbiqi ilə məşğul olan bütün dövlət orqanlarının hərəkətlərinin bütün siyahısını və qaydalarını ehtiva edən planın icrasına başlanacağını deyib.

“Planda paytaxtda və bölgələrdə blok postların yerləşdirilməsi barədə məlumatlar əksini tapır, zəruri mal və dərmanların çatdırılması marşrutları, daxili reyslər, ictimai nəqliyyat, ərzaq mağazalarında və apteklərdə qaydalar müəyyənləşdirilib. Hər bir rəhbər işçi rejimə ciddi riayət edilməsinə və bütün xidmətlərin səliqəli işləməsinə görə şəxsi məsuliyyət daşıyır. Eyni şey, yerli hökumət başçılarına, ilk növbədə əhalini ərzaqla təmin etmək işlərinə aiddir. Xaricdən malların tədarükündə problemimiz yoxdur, buna görə də vətəndaşlar heç bir yerdə müəyyən məhsul və dərman qıtlığı ilə üzləşməməlidirlər" deyə baş nazir bildirib.

Baş nazir deyib ki, əsas diqqət virusun qeydə alındığı Bişkek və Oş ayrılmalıdır.

Bişkek merinin sözçüsü martın 22-də şəhərdə ictimai nəqliyyatın fəaliyyətinin dayandırılacağını, trolleybusların qismən işləyəcəyini deyib. Fövqəladə vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Qırğızıstanın açqıqladığı rəsmi məlumata görə, bu günə qədər ölkədə labaratoriya analizləri ilə təsdiqini tapmış 12 koronavirusuna yoluxma halı qeydə alınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG