Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:23

Marsda göl tapılıb. Həyat da varmı?


Mars Express modulunun çəkdiyi foto
Mars Express modulunun çəkdiyi foto

Alimlər deyirlər ki, Marsda nəhəng yeraltı gölün aşkar edilməsi Qırmızı planetdə həyatıın hazırda və ya keçmişdə mövcud olduğuna dair ümidləri artırıb.

ABŞ-da çıxan Science jurnalı iyulun 25-də xəbər verib ki, sözü gedən göl planetin buz qabığının altında yerləşir və eni 20 kilometrə çatır.

Bu göl Avropa Kosmos Agentliyinin Mars Express (European Space Agency's Mars Express) radar qurğusunun köməyi ilə aşkar edilib.

Su həyatın təməl komponentlərindən biri hesab edilir. Alimlər deyiblər ki, bu tapıntı Marsda həyatın mövcudluğunu yox, onun mümkünküyünü isbat edir.

Onlar bunu da qeyd edirlər ki, bu su hövzəsində hər hansı canlıların olduğunun müəyyənləşdirilməsinə illər lazım gələ bilər.

İtaliyadakı Milli Astrofizika İnstitunun alimi Roberto Orosei-n sözlərinə görə, "bu Marsın elə bir yeridir ki, həyatın mövcud olduğu məkanı xatırladır”.

Bəzi ekspertlər Marsda həyatın mövcud olmasına inanmırlar. Onlar deyirlər ki, Marsda aşkar edilmiş göl çox soyuqdur və tərkibindəki duzlar və minerallar onu son dərəcə qatı edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG