Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Mark Esper ABŞ-ın müdafiə naziri oldu


Mark Esper
Mark Esper

ABŞ Senatı böyük səs çoxluğu ilə Mark Esperi Birləşmiş Ştatların müdafiə naziri vəzifəsinə təsdiq edib.

O keçmiş müdafiə naziri Jim Mattis prezident Trump-la fikir ixtilafına görə istefa verdikdən sonra Pentaqonun ilk daimi rəhbəri olacaq.

İyulun 23-də Senat müharibə veteranı və müdafiə sənayesi lobbiçisi Esperin bu vəzifəni tutmasına 90-8 nisbəti ilə səs verib.

Əleyhinə səslərin əksəriyyətini demokratlar vermişdilər.

55 yaşlı Esper Uest Poynt hərbi akademiyasının məzunudur. O habelə ABŞ-ın üçüncü ən böyük müdafiə şirkəti Raytheon-un lobbiçisi olub.

Esper hələ respublikaçı prezident George W. Bush-un vaxtında Pentaqonda yüksək vəzifələrdən birini tuturdu.

Keçmiş müdafiə naziri Mattis istefa verəndə Esper ordu naziri vəzifəsində idi. Bu istefadan sonra müdafiə nazirinin əvəzi kimi müavin Patrick Shanahan fəaliyyət göstərirdi.

Lakin təxminən altı aydan sonra Boeing şirkətinin direktorlarından biri olmuş Shanahan gözlənilmədən istefasını elan etmiş və bunu şəxsi səbəblərlə əlaqələndirmişdi.

Bundan əvvəl müdafiə naziri vəzifəsinə Trump-ın nominasiyası məhz o idi.

Senatdakı respublikaçı çoxluğun rəhbəri Mitch McConnell deyib ki, “nominant bütün gözləntilərdən yüksəkdə dayanır”.

Shanahan-ın istefasından sonra müdafiə nazirinin əvəzi vəzifəsini tutan Esper bu posta ABŞ və İran arasında gərginliyin ən yüksək həddə olduğu bir vaxtda gəlir.

Ekspertlər hazırda İranla hərbi münaqişə riskinin kifayət qədər yüksək olduğunu bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG