Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Gürcüstan ‘marixuana müzakirəsini’ təxirə salır


Marixuananın leqallaşdırılmasını tələb edən etirazçılar
Marixuananın leqallaşdırılmasını tələb edən etirazçılar

Gürcüstan parlamenti marixuananın leqallaşdırılmasına dair debatları üç həftədən sonra keçiriləcək prezident seçkisindən sonraya saxlayıb.

Oktyabrın 9-da parlamentin qəbul etdiyi qətnamədə deyilir ki, marixuanaya aid qanunların yumşaldılmasına dair təklifin müzakirəsi iki ay müddətində bərpa olunacaq.

Millət vəkillərinə və siyasətçilərə istinad edən media yazır ki, müzakirələrin təxirə salınmasından məqsəd debatların oktyabrın 28-də keçiriləcək prezident seçkisi kampaniyasına mane olmamasıdır.

Gürcüstanın nüfuzlu pravoslav kilsəsi bu qanun layihəsinin qəti əleyhinədir və onun ümumiyyətlə müzakirə olunmamasını istəyir.

İyul ayında Konstitusiya Məhkəməsi marixuananın istehlakına görə inzibati cəzaları ləğv edib. Beləliklə Gürcüstan keçmiş sovet məkanında çətənəni leqallaşdıran ilk ölkə olub.

Lakin çətənənin yetişdirilməsi və satılması hələ də cinayət əməli sayılır.

Marixuananın leqallaşdırılması təşəbbüsü ilə müxalif Girçi partiyası 2017-ci ilin noyabr ayında Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu təklifə görə marixuana və çətənə əsaslı başqa narkotik maddələr leqallaşdırılmalıdır.

Konstitusiya Məhkəməsi bu barədə qərarında marixuanadan istifadəyə görə cərimə kimi inzibati cəzaları saxlayıb.

Bu qərardan əvvəl marixuanadan dəfələrlə istifadə və 70 qramdan artıq qurudulmuş çətənənin saxlanması Cinayət Məcəlləsinə görə kriminal akt sayılırdı. Lakin bu əməli törədənlər üçün həbsxana cəzası nəzərdə tutulmurdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG