Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 02:38

Gürcüstan marixuanadan istifadəyə görə cərimələri ləğv edir


Gürcüstanın Konstitusiya Məhkəməsin marixuana istehlakına görə inzibati cəzaları ləğv edən hökm verib. Beləliklə Gürcüstan bu narkotik maddədən istifadənin qadağanını ləğv edən ilk keçmiş sovet respublikası olub.

Məhkəmənin dörd vəzifəli hakiminin iyulun 30-da çıxardığı hökmün yalnız kənafdan – anaşadan istifadəyə aid olduğu bildirilir və qeyd olunur ki, bu bitkinin becərilməsi və satılması cinayət əməli olaraq qalır.

Hökmdə bu da deyilir ki, konstitusiyaya görə kənafdan istifadə edən şəxs yalnız üçüncü şəxsin həyatını təhlükəyə saldıqda cəzalandırıla bilər.

Bu o halda baş verə bilər ki, marixuana təhsil müəssisələrində və ya, məsələn nəqliyyatda istehlak edilsin.

Hökmdə deyilir: "İddiaçıların (Zurab Japaridze və Vakhtang Megrelishvili) fikrincə marixuanadan istifadə sosial təhlükə təşkil etmir. Əslində bu istifadəçilərin öz sağlamlıqlarına təhlükə təşkil edə bilər. Bu isə istifadəçiləri nəticələrə görə cavabdehə çevirir. Belə hərəkətlər üçün məsuliyyət ictimaiyyət üçün təhlükəli nəticələr yaratmır”.

Məhkəmə qarşısında iddianı Girchi Partiyasının fəalları qaldırmışdılar.

Zurab Japaridze
Zurab Japaridze

Zurab Japaridze jurnalistlərə deyib ki, məhkəmə hökmü bütün Gürcüstan qüçün qələbədir:

“Bu, kənaf uğrunda yox, azadlıq uğrunda mübarizə idi”.

Ötən noyabrda Konstitusiya Məhkəməsi marixuanadan və ya kənaf əsaslı başqa maddələrdən istifadə üzərindən kriminallığı qaldırmışdı. Buna baxmayaraq marixuanadan təkrar-təkrar istifadəyə görə inzibati cəzalar və cərimələr qalırdı. İndiki hökm bu inzibati cəzaları da ləğv etmiş olub.

Girchi Partiyası marixuanadan istifadənin leqallaşdırılması uğrunda kampaniyanı 2016-cı ildən aparırdı.

XS
SM
MD
LG