Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 13:06

Ukrayna jurnalistinin '20 gün Mariupolda' filmi Oscar mükafatına nominasiya edilib


Filmin yaradıcıları - Ukrayna fotojurnalisti Yevgeni Maloletka (solda) və jurnalist Mstislav Çernov
Filmin yaradıcıları - Ukrayna fotojurnalisti Yevgeni Maloletka (solda) və jurnalist Mstislav Çernov

Mstislav Çernovun “20 gün Mariupolda” filmi ən yaxşı sənədli film kateqoriyasında Oscar mükafatına nominasiya edilib.

Bu kateqoriya üzrə habelə “Bobi Vayn: xalq prezidenti”, “Əbədi yaddaş”, “Dörd qız övladı” və “Pələngi öldürmək” filmləri Oscara nominasiya olunub.

2023-cü ilin dekabrında xəbər verilmişdi ki, “20 gün Mariupolda” filmi iki nominasiya üzrə Oscar mükafatının şort-listinə daxil edilib.

Bunlar “Ən yaxşı xarici film” və “Ən yaxşı sənədli film” kateqoriyalarıdır.

Ukrayna jurnalisti və sənədli film ssenariçisi Mstislav Çernovun filmində Rusiya ordusunun 2022-ci ilin martında Mariupol şəhərinə soxulmasından bəhs olunur.

Müharibə haqqında həqiqət

Çernov fotojurnalist Yevgeni Maloletka ilə birlikdə 20 gün mühasirədə olan Mariupolda işləyib.

Onlar şəhəri Rusiya ordusu yaxınlaşarkən və Mariupolun bir hissəini işğal edərkən tərk ediblər.

Onlar özləri ilə birlikdə qiymətli foto və video materialları mühasirədən çıxara biliblər. Əks halda materiallar böyük bir ehtimalla işğalçı Rusiya ordusu tərəfindən məhv ediləcəkdi.

Maloletka və Çernov hesab edirlər ki, bu kadrlar Rusiyanın Ukraynaya müdaxiləsinin nə demək olmasının sübutlarıdır.

Onların sözlərinə görə bu nə “xüsusi hərbi əməliyyat”, nə də infrastruktur və hərbi obyektlərə ayrı-ayrı zərbələr yox, insanların və şəhərlərin sistemli şəkildə məhv edilməsidir.

Bu işə görə Çernov Maloletka və prodüser Vasilisa Stepanenko ilə birlikdə Pulitzer mükafatı alıblar.

Yanvar ayında film ABŞ-ın “Sandens” müstəqil filmlər festivalında “tamaşaçıların rəğbəti” mükafatını qazanıb.

XS
SM
MD
LG