Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:36

Futbol əfsanəsi Maradona vəfat edib


Dieqo Maradona
Dieqo Maradona

Futbol əfsanəsi Dieqo Maradona noyabrın 25-də vəfat edərək vətəni Argentinanı kədərə bürüyüb. Onun 60 yaşı vardı.

Son zamanlar Maradonanın səhhətində ciddi problemlər yaranmışdı.

O bir neçə həftə bundan əvvəl subdural hematomaya görə təcili cərrahiyyə əməliyyatı olunmuşdu.

Vəkili bildirib ki, Maradona evdə infarkt keçirdikdən sonra vəfat edib.

Özünün təkrarsız futbol istedadına görə Maradona hələ uşaqlığından "El Pibe de Oro" (Qızıl oğlan) ləqəbini qazanmışdı.

"Allahın əli" ilə vurulan qol
"Allahın əli" ilə vurulan qol

Maradona vətəni Argentinaya 1986-cı ildə Meksikada keçirilən Dünya Futbol Çempionatında qalibiyyət qazandırmışdı.

Həmin çempionatın dörddə bir finalında İngiltərəyə qarşı oyunda iki qol vuran Maradona futbol tarixinə iki ziddiyyətli səbəbə görə düşmüşdü.

O birinci qolu əliylə vurmuş, hakim qolu hesaba almış və Maradona sonralar bunu “Allahın əli” adlandırmışdı.

Amma həmin oyunda Maradona 60 metr məsafədə 5 İngiltərə oyunçusunu aldatmaqla ikinci qolu da vurmuşdu.

Bu qol FIFA.com saytının 2002-ci ildə keçirdiyi səsvermədə “Əsrin qolu” titulunu qazanmışdı.

“Allahın qollarında”

Buenos Ayresin yoxsul məhəlləsində böyüyən Maradona futbol əfsanəsi zirvəsinədək ucala bilmişdi.

Lakin sonrakı illərdə narkotiklərə və alkoqola aludəçiliyi və aşırı yeməyi onun sağlamlığına ciddi ziyan vurmuş, Maradonanın şux idmançı bədəni şişmanlamışdı.

O bu səbəbdən hələ 2000-ci ildə kokainlə bağlı ürək çatışmazlığından ölə bilərdi.

1986-cı il Dünya Çempionatında İngiltərə komandasının hücumçusu kimi Maradonaya qarşı oynamış Qari Lineker rəqibinin vəfatı ilə bağlı yazdığı tvitdə onu “bütün zamanların ən böyük futbolçusu” adlandırıb, lakin onu əllə vurduğu həmin qola görə iynələməyi də unutmayıb:

"Məşhur, lakin təlatümlü həyatından sonra o yəqin ki, Allahın qollarında rahatlıq tapacaq”.

Maradonanın həmvətəni Lionel Messi isə yazıb ki, “Maradona əbədidir”.

Brazilya futbol əfsanəsi Peledən sonra Maradona 20-ci əsrin FIFA oyunçusu adına layiq görülmüşdü.

80 yaşlı Pele Maradonanın vəfatı ilə bağlı deyib:

"Belə bir dostu itirmək kədərlidir. Allah onun ailəsinə səbir versin. Əminəm ki, bir gün biz cənnətdə onunla futbol oynayacağıq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG