Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Maradonanın Argentina-Nigeriya oyununda halı pisləşib


Diego Maradona
Diego Maradona

Argentina yığmasının keçmiş hücumçusu, canlı əfsanə Dieqo Maradona Argentina-Nigeriya oyununda xəstəxanaya düşməsi barədə məlumatları təkzib edib.

Maradona özünün “Feysbuk” səhifəsində yazır ki, oyunun ortalarında boyun nayihəsində güclü ağrı yaranıb.

Həkim onu müayinə etdikdən sonra evə getməyi məsləhət görüb, amma o komandasından ayrılmaq istəməyib, sonadək oyuna baxıb.

Qeyd edək ki, Sankt-Peterburqda keçirilən görüş 2:1 hesabı ilə Argentina millisinin xeyrinə qurtarıb.

Bundan əvvəl onun stadionda halının pisləşməsi barədə məlumatlar yayılmışdı.

“Tvitter”də yerləşdirilmiş videodan görünür ki, 57 yaşlı Maradona VİP tribunanı mühavizənin köməyi ilə tərk edir.

Bundan əvvəl Kütləvi İnformasiya vasitələrində onun təcili yardım maşını ilə xəstəxanaya götürülməsi barədə məlumatlar da yayılmışdı.

Amma bir qədər sonra Maradona Braziliya-Serbiya oyununa baxmaq üçün şəxsi təyyarə ilə Moskvaya uçub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG