Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Ermənistanda deputat və kriminal avtoritet həbs edilib


Manvel Grigorian
Manvel Grigorian

Ermənistanın milli təhlükəsizlik xidməti deputat, keçmiş hakim “Respublika” partiyası fraksiyasının üzvü, “Erkrara” gönüllülər ittifaqının rəhbəri, general Manvel Grigorian və Don Pipo kimi tanınan kriminal avtoritet Artur Asatrianı həbs edib.

Bu barədə Azadlıq Radiosunun erməni xidməti iyunun 16-da təhlükəsizlik xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə,onların ikisi də böyük sayda silah və sursat əldə etmə və saxlamada ittiham olunurlar.

Bu silahlar onların Eçmədzindəki evlərində aparılan axtarış vaxtı tapılıb.

Təhlükəsizlik xidməti bildirir ki, Don Pipo ona qarşı hücuma hazırlaşan şəxslərin oğurlanmasında da ittiham olunur.

Məlumatda qeyd edilir ki, deputat Manvel Grigorian silah və sursat saxlama faktı ilə saxlanıb və onun həbsi barədə Milli Məclisə məlumat verilib.

Ermənistan qanununa görə deputat yalnız parlamentin xüsusi qərarı ilə saxlana bilər.

“Respublika” partiyası isə onun həbsini qanunsuz adlandırıb və deputatı azadlığa buraxmağa çağırıb.

Qeyd edək ki, bu həbslər Eçmədzində keçirilən etiraz aksiyası fonunda baş verir.

Eçmədzində etiraz aksiyası
Eçmədzində etiraz aksiyası

Aksiyaçılar şəhər meri Karen Grigorianın istefaya göndərilməsini tələb edirlər. Mer Manvel Grigorianın oğludur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG