Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10

Qadın manekenləri: Real həyatda belə bədənlər olmur


İngiltərədəki Liverpul Universitetində psixologiyadan mühazirələr oxuyan Eric Robinson “The Conversation” saytında yazır ki, dünya boyunca mağazaların vitrinlərindəki qadın manekenlər ifrat dərəcədə arıqdır.

Alim deyir ki, belə manekenlər və onların üstündə reklam olunan modalı mallar əslində qeyri-realist və sağlam olmayan bədən ölçülərini təbliğ edir.

1992-ci ildə bir qrup araşdırmaçı muzeylərdə saxlanan 1930-1960-cı illərin manekenlərini nəzərdən keçirmişdilər. Onlar o vaxt bu nəticəyə gəlmişdilər ki, belə bədən ölçülərinə malik qadınlar real həyatda hətta menstruasiyanın da öhdəsindən gələ bilməzdilər.

Lakin ən qəribəsi budur ki, müasir manekenler də eyni qeyri-realist bədən ölçülərini nümayiş etdirir.

Eric Robinson yazır ki, o hələ 2015-ci ildə İngiltərənin iki şəhərində - Liverpul və Koventridəki 17 mağazada 32 qadın manekenin ölçülərini hesablamışdı. Onların hamısı normal çəkidən aşağı göstəricilərə malik idi.

Alim bu qənaətə gəlir ki, “ultra-arıq ideal” əslində qeyri-realistcəsinə arıq bədənləri təbliğ etməklə qadınların sağlamlığına qəsd etmiş olur.

Belə reklamın təhlükəli tərəfi budur ki, əlçatmaz və arzuolunmaz ölçülərə uyğun gəlmək istəyən bir çox qadınlar həm psixoloji, həm də fizioloji zərbəyə məruz qalırlar.

Alim düşünür ki, son zamanlar xüsusilə geniş yer alan qidalanma problemlərinə əsas səbəblərdən biri də fantastic dərəcədə arıq modellərin təbliğ olunmasıdır.

Robinson-a təəccüblü görünən budur ki, onun baxdığı çox sayda kişi manekenlərindən yalnız 8 faizi qeyri-realist ölçülərə malik olub.

Bunun bir səbəbi də odur ki, modaya maraq göstərənlərin və onu qarış-qarış təqib edənlərin böyük əksəriyyəti qadınlardır. Superarıq manekenlərin vurduğu psixoloji zərbənin qurbanlarının da əksəriyyətini qadınlar təşkil edir. Anoreksiya və ya qidaya fizioloji tələbatın olduğu halda iştahanın olmaması xəstələrinin də böyük çoxluğu qadınlardır.

Robisnon yazır ki, superarıq manekenler hətta ənənəvi olaraq arıqlığın mədəniyyətin bir hissəsi olmadığı ölkələrdə də mağaza vitrinlərini işğal edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG