Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 18:42

Manatın dövriyyəyə buraxılmasından 24 il keçir


Azərbaycan manatı dövriyyəyə buraxılarkən
Azərbaycan manatı dövriyyəyə buraxılarkən

Bu gün, avqustun 15-də Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 24 il keçir.

"Report"un məlumatına görə, keçmiş prezident Əbülfəz Elçibəy 1992-ci il iyulun 15-də “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərman imzalayıb.

1992-ci il avqustun 15-də 1, 10 , 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20, 50 qəpiklik sikkələr, dekabrında da 5 manatlıq əsginaslar dövriyəyə buraxılıb.

1993-cü ilin martında da insanlar 50, 100, 500 və 1 000 manatlıq əsginaslarla tanış olublar. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.

Manatın dəyərli günləri...

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub. Üstəlik, hər iki valyutadan istifadə edilib.

Buna da bax: Hər şey yaxşı olmayacaq

Prezident Heydər Əliyev 1993-cü il dekabrın 11-də “Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” fərman verib. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb.

Hiperinflyasiya

Ancaq, o vaxt manat xarici valyutalara nisbətdə sürətlə ucuzlaşırdı. Əgər, 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, bir il sonra bu nisbət 4182 manata qalxıb.

Buna da bax: «Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır»

Azərbaycan milli valyutasının qəpikləri
Azərbaycan milli valyutasının qəpikləri

1994-cü ildə Almaniyanın “Giesecke & Devrient” şirkəti 10 000 manatlıq, 1996-cı ildə isə İngiltərənin “De La Rue” şirkəti 50 000 manatlıq əsginaslar çap edilərək dövriyyəyə buraxılıb. Sonuncu həm də 2001-ci ildə 1 000 manatlıq əsginasın yeni dizaynda hazırlanmasını həyata keçirib.

2005-ci il fevralın 7-də prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki əskinaz qüvvədə olub.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib.

Sonrakı illər neftin yenidən bahalaşması manatın məzənnəsinə də təsir edib. Nəticədə bir dollar 78 qəpiyə bərabər olub.

Son iki devalvasiya

Buna da bax: Maliyyə Nazirliyinin «sakitləşdirici həb»i…

Ancaq 2015-ci ildə baş verən iki devalvasiya manatı bir xeyli dəyərdən salıb. Bir dollar birinci devalvasiyada, 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Son aylar manat tədricən dəyər itirməkdədir. Hazırda bir dollar bir manat 62 qəpiyə bərabərdir.

XS
SM
MD
LG