Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:40

E.Rüstəmov: 'Manat bahalaşa bilər'


Elman Rüstəmov
Elman Rüstəmov

«Üzən məzənə rejimi cari məsələ deyil, davamlı bir rejim olacaq. Bundan sonra da bu rejim fəaliyyət göstərəcək».

APA-nın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun bildirməsinə görə, üzən məzənnə rejiminin tətbiqini mövcud iqtisadi reallıqlar və beynəlxalq təcrübə tələb edir:

«Bu gün bir çox ölkələr bu keçidə hazırlaşır. Azərbaycanın inkişafı, xüsusilə xarici şoklara davamlılığı üçün məhz üzən məzənnə rejimi ən effektli tədbirdir. Onun faktiki olaraq alternativi yoxdur. Bazarda yaranan sabitlikdən də görünür ki, üzən məzənnə rejimi özünü doğruldub».

Son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunan baş bankir vurğulayıb ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması və neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib:

«Müsbət tendensiyalar onun göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur».

Bu il ümumilikdə manatın dollara nisbətən 4 faiz möhkəmləndiyi bildirilir.

Bəzi ekspertlər isə düşünür ki, Azərbaycanda üzən məzənnə rejimi sözdə var. Reallıqda isə məzənnə inzibati yolla müəyyən edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG