Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:55

Manatın 3 məzənnəsi


Qubad İbadoğlu

«Manat, hələ ki, gerçək məzənnəsini əldə etməyib. Mərkəzi Bank əlavə 1 ili də boşa xərcləyib».

İqtisadçı Qubad İbadoğlu maliyyə bazarlarındakı durumu şərh edərkən belə deyib.

Ekspert qeyd edib ki, bu səbəbdən də manatın «xəstəliyi» iqtisadiyyatın bütün sahələrinə təsir edib.

«Bütün bunların nəticəsində milli valyuta növbəti ilə 3 məzənnə (valyuta hərracının məzənnəsi, kommersiya banklarının məzənnəsi və «qara bazar» məzənnəsi) ilə qədəm qoyur», - deyə o bildirib.

Buna da bax-Deputatdan acı manat proqnozu

Q.İbadoğlu qeyd edib ki, bəzi orqanlar «qara bazar»ı ləğv etməyi qarşısına məqsəd qoysa da, ona nail ola bilməyib.

«Ən başlıcası isə bəzi banklar özləri «qara bazar»ın əsas təchizatçısına və tədarükçüsünə çevriliblər. İndiyədək iri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırırlar. Bəzi banklar «qara bazar»ın formalaşmasında maraqlıdır», - iqtisadçı deyir.

Q.İbadoğlunun fikrincə, nə qədər ki, manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyib, bir o qədər də «qara bazar»lar mövcud olacaq.

«Odur ki, müvafiq orqanlar «qara bazar»la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidirlər. Bundan başqa alternativ yoxdur», - deyə o bildirib.

Buna da bax-Manat ya ucuzlaşacaq, ya da ucuzlaşacaq

Dekabrın 27-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7622 məzənnəsi ilə başlayıb və 1.7662 ilə yekunlaşıb.

Axşama yaxın isə Mərkəzi Bank rəsmi məzənnəni açıqlayacaq. Hərracla Mərkəzi Bankın məzənnəsi arasında bir elə fərq olmur. Ölkənin əksər kommersiya bankları isə dollar satışını dayandırıb. Onlar dolları 1.80, 1.83 manat arasında alırlar. «Qara bazar»da məzənnə daha yüksəkdir.

XS
SM
MD
LG