Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:55

"Belə getsə, iqtisadiyyat tezliklə ciddi təhlükəylə üzləşəcək"


Karikatura
Karikatura

►Elman Rüstəmov Mərkəzi Bankın pul siyasətindən tam razıdır

Elman Rüstəmov rəhbəri olduğu Mərkəzi Bankın (MB-nin) pul siyasətini tərifləyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın çox yaxşı pul kredit siyasəti var:

"Makroiqtisadi göstəricilərimiz yaxşıdır. Bu siyasət büdcə vergi siyasətinin əsas daşıyıcısı olan Maliyyə Nazirliyi ilə yaxşı koordinasiya edilib. Üzən məzənnə siyasətinə keçəndən sonra Mərkəzi Bankın əsas siyasəti pul kütləsinin proqnozlaşdırılmasıdır".

E.Rüstəmov deyib ki, bu tənzimlənmə pul kütləsinə və inflyasiyaya nəzarət etməyə imkan verir:

"Pul proqramı da razılaşdırılıb. Bizim çox aydın hədəflərimiz var".

Pul siyasəti, əsasən, qiymət sabitliyini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər sistemidir. MB valyuta məzənnəsini, pul kütləsi və faiz dərəcələrini tənzimləməklə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycanda pul siyasətini MB həyata keçirir və onun son məqsədi öz səlahiyyətləri çərçivəsində qiymət sabitliyini təmin etməkdir.

Bir sıra səlahiyyətləri yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Platasına verilsə də, pul siyasəti MB-də qalıb. Ekspertlər, E.Rüstəmovun əksinə, MB-nin pul siyasətindən narazıdırlar.

“MB “manat olmasa dollar alınmaz” prinsipi ilə hərəkət edir”

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, MB-nin pul siyasəti çox bəsitdir:

“MB “manat olmasa dollar alınmaz" prinsipi ilə hərəkət edir. Baş bank dövriyyədə olan manat kütləsini məhdudlaşdırmaqla xarici valyutaya tələbatı azaltmağa və infliyasiyaya nəzarət etməyə çalışır. Görünən odur ki, hökumət bu məsələdə vahid mövqedədir. Büdcə xərcləmələrinin kəskin ixtisarı və banklara manat dəstəyinin verilməməsi bunu deməyə əsas verir”.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanın birinci ailəsinin şəxsi Londondakı mülklərinin siyahısı
S.Novruzov: «AXCP qurultayında saxtakarlıq olub»

____________________________________________________________

“MB iqtisadiyyatı kiçildir”

Ekspert bildirir ki, pul kütləsinin azalması birmənalı şəkildə iqtisadiyyatın kiçilməsini şərtləndirir:

“Bu siyasətin nəticəsini hazırda ciddi şəkildə hiss edirik. Faktik olaraq, vacib məhsulların idxalını çıxmaqla, bütün digər istiqamətlərdə istehlak səviyyəsi aşağı düşüb. Manat ciddi devalvasiyaya uğrayıb və məhsullar bahalaşıb. Ancaq bununla belə, istər istehsalatla, istərsə ticarət və xidmətlə məşğul olan müəssisələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə geriləyib”.

“Hökumət bu siyasətini davam etdirərsə...”

R. Həsənovun fikrincə, əhali və biznesin borcqaytarma qabiliyyəti də minimum həddə düşüb:

“Belə olan halda, sadəcə, iqtisadi passivlik yaratmaqla manatın məzənnəsini sabit saxlamaq nə dərəcədə məqsədəuyğundur? Düşünürəm ki, hökumət bu siyasətini davam etdirərsə, iqtisadiyyat qısa müddətdən sonra ciddi təhlükə ilə üzləşəcək”.

Buna da bax: Rüfət Aslanlı: İnsanları cəzalandırmırıq, intizamlı olmağa dəvət edirik

Rüfət Aslanlı: İnsanları cəzalandırmırıq, intizamlı olmağa dəvət edirik
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

XS
SM
MD
LG