Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:48

Zakir Nuriyev manatın ucuzlaşmayacağını deyir


“Azərbaycan banklarında ABŞ dollarının satışı ilə əlaqədar hər hansı bir məhdudiyyət mövcud deyil”.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev valyuta bazarındakı durumu şərh edərkən belə deyib.

“Turan” agentliyinin məlumatına görə, o, eyni zamanda bəzi məhdudiyyətlərin olduğunu qeyd edib:

“Məhdudiyyət yalnız və yalnız müştərini tanıma prinsipi əsasında nağdsız əməliyyatlar olan hissədədir. Yəni, burada qarşıdakı müştərinin möhtəkirliyi ehtimalı və ya hər hansı düzgün olmayan işlərlə məşğul ola biləcək müştəri qrupları nəzərdə tutulur. Möhtəkirliklə məşğul olan müştəri qrupları üçün mövcud olan məhdudiyyətdən söhbət gedir”.

Zakir Nuriyev adi bir vətəndaşın hər hansı bir şəkildə valyuta almasına və əməliyyatlar aparmasına heç bir məhdudiyyət mövcud olmadığını vurğulayıb.

Onun sözlərinə görə, hər bir bank istənilən əməliyyatların aparılmasında, xüsusən də 20 min manatdan artıq əməliyyatlarda müştərini identifikasiya etməlidir.

“Bunu bankların daxili qaydaları və çirkli pulların yuyulmasına qarşı qaydalar çərçivəsində aparılan mübarizə tədbirləri tələb edir”, deyən Zakir Nuriyev Azərbaycan manatının gələcək taleyi barədə də danışıb. O, Mərkəzi Bankın bununla bağlı açıqlamalarına güvən ifadə edib.

“Bununla bağlı Mərkəzi Bankın məlum bəyanatları var. Həmin bəyanatlarda bir daha təsdiq olunub ki, Azərbaycan manatının dollara qarşı məzənnəsinin dəyişdirilməsi üzrə hər hansı bir fundamental əsaslar yoxdur ”.

Zakir Nuriyev Mərkəzi Bankın verdiyi bəyanatlara istinad edərək bildiririb ki, hələ ki, manatın ucuzlaşmasından ötrü fundamental əsaslar yoxdur.

XS
SM
MD
LG