Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:38

Valyutadəyişmə məntəqələri bu gün səhərdən axşamacan bağlı olub


Bağlı valyutadəyişmə məntəqəsi
Bağlı valyutadəyişmə məntəqəsi

-

Yanvarın 10-da Bakıdakı valyutadəyişmə məntəqələri bağlı olub.
Məntəqələrin günortadan sonra açılacağını gözləyənlər olsa da valyutadəyişmə məntəqələri axşamtərəfidə bağlı olub.

Pul dəyişməyə gələnlər əliboş qayıdıblar.

Bəzi məntəqə sahibləri bunun bazar günü olması, çoxu isə dolların olmaması ilə əlaqələndirib.

Manat ucuzlaşdı - Bütün videolar burda

Məntqələrin işləməməsi metronun 28 may stansiyası ətrafında fəaliyyət göstərən “qara bazar”ın fəaliyyətini genişləndirib. Son günlər qanunsuz valyuta mübadiləsi ilə məşğul olanları polis saxladığından onlar gizli fəaliyyət göstərir. “Qara bazar”da 1 dollar 1 manat 90 qəpiyə, 2manata təklif olunur.

Yanvarın 8-də valytadəyişmə məntəqələrində 1 ABŞ dolları 1 manat 85 qəpiyə satılıb. Mərkəzi Bankın «limit» tələbindən sonra isə dolların alış və satışı i aşağı salınıb. Yanvarın 9-da1 ABŞ dolları 1.62 manatdan satılıb.
Mərkəzi Bank yanvarın 11-i üçün 1 ABŞ dollarının məzənnəsini 1.5642 manat müəyyən edib.

Bakının mərkəzindən çəkilmiş fotolar:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG