Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:52

Mərkəzi Bank inflyasiya proqnozunu niyə açıqlamır?


Mərkəzi Bank
Mərkəzi Bank

►"Bu, yeni devalvasiya dalğalarını istisna etməmək deməkdir”.

Mərkəzi Bank (MB) 2016-cı il üçün inflyasiya proqnozunu açıqlamayıb. Baş bank, adətən, “Pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda inflyasiya amilindən də bəhs edərdi.

Məsələn, 2014-cü ilə aid bəyanatda deyilir ki, inflyasiya təkrəqəmli proqnozlaşdırılıb. Ötənilki bəyanatda isə inflyasiya proqnozunu konkret rəqəmlə də ifadə etmişdi (2-3%).

MB, bir qurum olaraq, qiymət sabitliyini təmin etmək vəzifəsi daşıyır.

“İnflyasiyasının təkrəqəmli olmayacağı bəllidir”

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov xatırladır ki, MB-nin əsas funksiyalarından biri də məhz inflyasiyanın tənzimlənməsidir:

“Bu baxımdan, baş bankda illik inflyasiyanın proqnozlaşdırılması və digər makroiqtisadi göstəricilərin ona uyğunlaşdırılması çox vacibdir. Son devalvasiyalar fonunda bu il inflyasiyasının təkrəqəmli olmayacağı bəllidir”.

Buna da bax: Türkiyədə cütlüklər əl-ələ gəzə bilməyəcək

“Devalvasiya idxalı bahalandırıb”

Ekspert vurğulayır ki, son bir ildə dəyərini 2 dəfəyədək itərən milli valyutanın devalvasiyası ölkəyə daxil olan malları bahalandırıb:

“Bu, idxal inflyasiyasının güclənməsi deməkdir. MB-nin mövcud alətləri builki inflyasiyanı təkrəqəmli həddə saxlamağa imkan vermir. Rəsmi açıqlanan inflyasiya səviyyəsinin də real inflyasiya göstəricisinə uyğunlaşdırılmasına ehtiyac var. MB, bütün hallarda, öncəliklə illik inflyasiya proqnozunu elan etməlidir”.

“Bu, yeni devalvasiya dalğalarını istisna etməmək deməkdir”

Vüqar Bayramovun fikrincə, MB-nin, bəlli ssenarilərə görə, məzənnə modelləri də olmalıdır:

“Manatın kursu onlara uyğunlaşdırılmalıdır. İnflyasiya proqnozunun elan edilməməsi manatın məzənnəsini proqnozlaşdırmaq baxımından da çətinlik və narahatlıq doğurur. Bu, yeni devalvasiya dalğalarını istisna etməmək deməkdir”.

Dollarla krediti olanlara hüquqşünas məsləhəti
Gözlə

No media source currently available

0:00 0:15:27 0:00

XS
SM
MD
LG