Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:34

«Exchange»lər bağlandı: Mərkəzi Bank dollar satışı yerlərini açıqladı


Mərkəzi Bank
Mərkəzi Bank

-

Bir neçə gündür ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Mərkəzi Bankdan AzadlıqRadiosuna bununla bağlı bildirilib ki, hazırda valyuta mübadilə əməliyyatları bankların baş ofislərində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir.

BANKLARDAN BAŞQA DOLLARI HARADA ALMAQ OLAR?

Məlumatda deyilir ki, valyutadəyişmə məntəqələri yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə fəaliyyətlərini davam etdirirlər.

MƏRKƏZİ BANKIN ƏSASLANDIRMASI

Mərkəzi Bank məntəqələrin fəaliyyətinin dayandırılmasını son zamanlar valyutadəyişmə əməliyyatlarının çoxalması ilə izah edir. Həmin əməliyyatların daha səmərəli və çevik tənzimlənməsi, onlara nəzarətin artırılması, xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması üçün belə bir qərar verildiyi deyilir.

Mərkəzi Bank bildirir ki, hazırda banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Onların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG