Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:07

Manatı daha bir devalvasiya gözləyirmi?


Almaniya kəşfiyyatı erməni mafiyasının izinə düşüb. Səfirin adı da hallanır
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Almaniya kəşfiyyatı erməni mafiyasının izinə düşüb. Səfirin adı da hallanır

Manatın məzənnəsi üçün proqnozlar nədir? Milli valyuta ucuzlaşa bilərmi?

Bu sual həm də ona görə aktuallaşıb ki, maliyə naziri Samir Şərifov noyabrın 5-də qonşu ölkələrin pullarının ucuzlaşmasının manatın məzənnəsinə təzyiqləri artırdığı barədə bəyanat verib:

“Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır”.

Azərbaycanın qonşuları arasında əsas ticarət tərəfdaşları Rusiya və Türkiyədir. Son bir ildə hər iki ölkədə valyuta ucuzlaşıb.

Manat hələ də neftdən asılıdır

Təhlilçilər isə hesab edirlər ki, qonşu ölkələrdə baş verənlər manata cidd təsir etməyəcək. İctimai Təşəbbüslər Mərkəzinin sədri, iqtisadçı alim Qubad İbadoğlu deyir ki, ən azı bu il manatın devalvasiyasını gözləmir:

“İndi bu dalğa ötüb. Düşünmürəm ki, manatın məzənnəsinə həmin ölkələrdə valyuta bazarlarında baş verənlərin əhəmiyyətli təsiri var. İndiki halda, bu təsirləri neytrallaşdırmaq imkanları var. Nə qədər ki, Azərbaycanın xarici ticarət və tədiyyə balansında müsbət saldo var, bu mümkün olacaq. Bu il üçün biz manatın məzənnəsində dəyişiklik gözləmirik”.

Qubad İbadoğlu deyir ki, manatın məzənnəsinə təsir edən əsas amil neftin qiymətidir və gələn il üçün manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq.

Başqa bir iqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, manatın məzənnəsi ilə bağlı proqnoz vermək asan deyil, çünki o bazar qanunları ilə deyil, Mərkəzi Bankın qərarları ilə tənzimlənir.

Bununla belə, Toğrul Maşallı da hesab edir ki, manatın məzənnəsi daha çox neftin qiymətinə bağlıdır:

“Neftin bir barreli 70 dollar səviyyəsində qalsa və Azərbaycan valyuta ehtiyatlarını artıra bilsə, manatda ciddi dəyişiklik baş verməyəcək. Hələləlik, Mərkəzi Bank bildirir ki, valyuta ehtiyatları artır. Amma neftin qiyməti aşağı düşsə, məsələn, 60 dollar səviyyəsinə düşsə, o zaman hansısa dəyişiklik baş verə bilər. Amma bu proqnozlar şərtidir, dediyim kimi bizdə valyuta bazarı yoxdur və valyutanın məzənnəsi heç bir bazar əsasında formalaşmır”.

Brent neftinin bir barreli keçən ay 86 dollara çatmışdı, bu ay isə 72 dollar civarındadır.

Maliyə naziri Samir Şərifov isə deyib ki, neftin qiymətində sabitləşmə müşahidə olunsa belə, qonşu ölkələrin iqtisadiyyatlarında baş verənlərin təsiri istisna olunmamalıdır.

İbad Qubadoğlu devalvasiya gözləmir

İqtisadçı Qubad İbadoğlu isə ilin sonuna qədər ölkədə devalvasiya gözləmir, amma bildirir ki, Rusiya və Türkiyənin idxalda payı 30 faizi ötüb və bu o deməkdir ki, Azərbaycana gələn hər üç dollarlıq malın 1 dolları Rusiya və Türkiyənin payına düşür. Bu malları ölkəyə gətirmək üçün isə Azərbaycandan valyuta aparılır.

“Həm də ki, real effektiv məzənnədə dəyişiklik baş verir və bununla da valyutanın məzənnəsinə Rusiya və Türkiyədə baş verənlər əsaslı təsir göstərir. Çində, İranda, Qazaxıstanda, İranda da baş verənlər bizə təsir edir. Onlar da bizim, əsas olmasa da, idxalda əsas ticarət tərəfdaşımızdır. Orda baş verənlər də Azərbaycan manatına təsirsiz ötürmür”.

Bakıda, pensiyaçı Şirinxanım Axundova deyir ki, devalvasiyalar onun həyatını çətinləşdirib:

“Əlbəttə bizə pis təsir edir. Dolana bilmirik. Əvvəl bundan yaxşı idi. Pensiyaçılar növbəyə dayanır pensiya üçün. Hamı belədir, təkcə mən belə deyiləm”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, ən etibarlı valyuta hansıdır?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

2013-cü ildə 108 dollara satılan 1 barrel Brent nefti 2015 ci ildə 50 dolların civarına düşüb. Bu ərəfədə manat da dollara nəzərən iki dəfəyə qədər dəyər itirib. Həmin hadisədən sonra azı 10 bank bağlanıb, dollar kreditləri bahalaşdığından, qaytarıla bilməyən kreditlərin həcmi artıb.

Təhlilçilər deyirlər ki, hökumətin üzərinə düşən vəzifə iqtisadiyyatı şaxələndirmək, neftdən asılılığını azaltmaqdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG