Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Trump-ın keçmiş kampaniya başçısı həbs olunub


Paul Manafort
Paul Manafort

ABŞ hakimi prezident Donald Trump-ın seçki kampaniyasının başçısı olmuş Paul Manafortun zaminliyini ləğv edib. Beləliklə də Manafort məhkəmə öncəsi həbsxanaya göndərilib. Manaforta qarşı ittiham Trump-ın yaxın çevrəsinin Rusiya hökuməti ilə mümkün bağlarını araşdıran xüsusi prokuror Robert Mueller tərəfindən irəli sürülüb.

ABŞ Sahə hakimi Amy Berman Jackson iyunun 15-də Vaşintonda keçirilən dinləmədə Manafortun 10 milyon dollarlıq zaminliyini ləğv edib. Hakim bildirib ki, müttəhimin şahid ifadələrinə təsir göstərməyə çalışdığına dair ehtimallar var.

Bundan əvvəl, iyunun 15-də 69 yaşlı Manafort dinləmə zamanı ittihamları qəbul etmədiyini bildirib.

Manafort xüsusi prokuror Mueller tərəfindən irəli sürülmüş iki ittiham üzrə iki məhkəməyədəkzaminə buraxılmışdı. Manafort bank fırıldağı, xarici agent kimi qeydiyyatdan yayınma və çirkli pulların yuyulmasında ittiham edilir.

Mueller iyunun 4-də iddia etmişdi ki, Manafort zamində olduğu müddətdə onunla birlikdə moskvayönlü Ukrayna prezidenti Viktor Yanukovych-lə işləmiş iki Avropa siyasətçisi ilə kommunikasiyaya daxil olub.

Məhkəmə sənədlərində deyilir ki, FTB-nin məlumatları Manafort-un potensial şahidlərə təsir etməyə çalışdığını göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG