Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

Manafort-un məhkəməsi təxirə salınır


Paul Manafort
Paul Manafort

ABŞ-da federal hakim prezident Donald Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort-un məhkəməsinin gələn həftəyədək təxirə salınmasına razılaşıb, habelə ifadə vermək üçün immunitet almış 5 şahidin kimliyini açıqlayıb.

Manafort-a qarşı bank fırıldağından tutmuş xarici agent kimi qeydiyyatdan yayınmayadək bir neçə ağır ittihamlar irəli sürülüb.

Ona qarşı irəli sürülmüş ittihamlar əksərən onun Trump-ın seçki kampaniyasına rəhbərliyindən 5 ay əvvəlki dövrə aiddir.

Məhkəmə dinləməsi iyulun 25-də Virciniya ştatının Aleksandriya şəhərində başlamalı idi.

Lakin ABŞ sahə hakimi T.S. Ellis III iyulun 23-də Manafortun vəkillərinə məhkəməyə hazırlaşmaları üçün daha çox vaxt vermək üçün dinləməni iyulun 31-dək təxirə salmaq barədə hökm verib.

Ellis habelə xüsusi prokuror Robert Mueller-in ofisinə bu iş üzrə 30 şahidin siyahısının Manafort-un vəkillərinə verilməsini tapşırıb.

Manafort bütün ittihamlar üzrə təqsirini inkar edir.

Ellis-in açıqladığı məhkəmə sənədlərinə görə Dennis Raico, Cindy Laporta, Conor O'Brien, Donna Duggan və James Brennan-a şahid qismində ifadə vermələri üçün toxunulmazlıq verilib.

XS
SM
MD
LG