Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Manaforta 24 il həbs cəzası kəsilə bilər


Paul Manafort, ABŞ prezidenti Donald Trump-ın seçki qərargahının keçmiş rəhbəri
Paul Manafort, ABŞ prezidenti Donald Trump-ın seçki qərargahının keçmiş rəhbəri

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort 19-24 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Reuters və digər qərb agentliklərinin məlumatına görə, bunu fevralın 15-də xüsusi prokuror Robert Muller bəyan edib.

Manafort həmçinin vaxtilə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych-in müşaviri olub.

Məhkəmə ötən ilin avqustunda Manafortu, bank və maliyyə fırıldaqçılığı da daxil olmaqla 8 maaddədə təqsirli bilib.

Söhbət ukraynalı siyasətçilərə göstərdiyi xidmətə görə alınmış pullardan gedir.

Muller qeyd edib ki, Manafort istintaqla sövdələşmənin şərtlərini də pozub, hansı ki, bu ona daha yumşaq cəza kəsilməsinə kömək etməli idi.

Amma Manafort-un vəkilləri bildirib ki, o bunu bilərəkdən etməyib, istintaqda bəzi şeyləri unudub və sonradan yadına düşüb.

Manafort həmçinin federal hökumətə 50-24 milyon dollar arası cərimə ödəməlidir.

Yaxın vaxtlarda ona hökm oxunmalıdır.

Manafort, həmçinin ABŞ-da başqa bir iş-qeydiyyata düşməmiş xarici agent kimi və pulyuma əməliyyatında da mühakimə olunmalıdır.

Söhbət yenə də Ukraynada fəaliyyətdən gedir və Manafort artıq bu ittihamlar üzrə günahını etiraf edib.

Amma bu ittihamlardan heç biri, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi ilə bağlı deyil.

Qeyd edək ki, xüsusi prokuror Robert Muller məhz bu işi araşdırmaq üçün təyin edilib.

O,Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əlbirliyini, Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxilə iddialarını araşdırır.

Trump və Rusiya iddiaları təkzib edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG