Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Gürcüstan parlamenti Bakhtadzenin baş nazirliyinə səs verdi


Mamuka Bakhtadze
Mamuka Bakhtadze

Gürcüstan parlamenti maliyyə naziri əvəzi Mamuka Bakhtadzenin baş nazirliyə namizədliyini təsdiq edib.

Millət vəkilləri iyunun 20-də 99-6 nisbətində Bakhtadzenin leyinə səs veriblər, habelə onun üç həftə müddətində yerdəyişmələrlə təşkil etməyi planlaşdırdığı hökumətə razılıq veriblər.

36 yaşlı keçmiş biznes başçısı səsvermədən əvvəl parlamentdəki çıxışında deyib ki, Gürcüstan NATO və Avropa İttifaqına üzvlük səylərini davam etdirəcək.

O deyib ki, NATO-ya üzvlük “Gürcüstan xarici siyasətinin həlledici vəzifəsidir və ölkənin təhlükəsizliyi və sabit inkişafı üçün həyati önəm daşıyır”.

Ölkə konstitusiyasına görə hakim partiya yeni hökumətin tərkibini təsdiq üçün iyunun 20-dək prezident Giorgi Margvelashvili-yə təqdim etməli idi.

Bakhtadze yeni hökumətin tərkibini müəyyənləşdirdikdən sonra parlament yeni hökumətə bir daha səs verəcək.

Parlament müxalifəti səsvermədə iştirak etməyib və onu “saxta” adlandırıb.

Bundan əvvəl, iyunun 13-də verilən xəbərlərdə deyilirdi ki, Gürcüstanın baş naziri Giorgi Kvirikashvili istefa qərarı qəbul edib. Onun dediyinə görə buna, digər kabinet üzvləri ilə fikir ayrılığı səbəb olub.

Kvirikashvili Tbilisini bürümüş antihökumət etirazlarının ardınca iyunun 13-də istefaya getdiyini elan edib.

50 yaşlı Kvirikashvili 2015-ci ildən bəri baş nazir idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG