Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşüblər


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov (sağda) və Zohrab Mnatsakanian
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov (sağda) və Zohrab Mnatsakanian

Bu gün, yanvarın 16-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti görüşü şərh edib.

XİN bildirib ki, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə gerçəkləşib, tərəflər arasında danışıqar 4 saatdan çox davam edib.

XİN-in mətbuat xidmətinin şərhinə görə, danışıqlarda daha çox anlayış və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı, çox müsbət fikir mübadiləsi aparılıb.

Habelə, vurğulanıb ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ayda da davam etdirilməsi razılaşdırılıb.

Tərəflərin danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirə edildiyi də bildirilir.

Bu görüş 2019-cu ildə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində tərəflərin ilk təmasıdır.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-cı ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

XS
SM
MD
LG