Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:15

Elmar Məmmədyarov həmsədrlərlə danışıb


Elmar Məmmədyarov və Minsk Qrupunun həmsədrləri (Foto arxivdəndir)
Elmar Məmmədyarov və Minsk Qrupunun həmsədrləri (Foto arxivdəndir)

Bugün, mayın 18-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüş keçirib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferdir. Görüşdə, həmçinin Fransa və ABŞ həmsədrlərinin köməkçiləri də iştirak ediblər.

“Tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya (koronavirus pandemiyası nəzərdə tutulur) sonrası atılacaq addımları müzakirə ediblər. Tərəflər, pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar” - XİN bildirir.

Hələlik, həmin görüşlə bağlı detallar açıqlanmır.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub.

Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG