Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 07:14

Əli Kərimlinin müşavirinə qarşı yeni ittiham


Məmməd İbrahim
Məmməd İbrahim

►AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı ittiham ağırlaşdırılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Müdafiəçinin sözlərinə görə, noyabrın 10-da Şüvəlan təcridxanasında Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni ittiham irəli sürülməsi barədə qərar elan olunub.

Vəkil deyir ki, Məmməd İbrahim ittihamın saxta olduğunu bildirib və bunu protokola qeydlərində də göstərib.

Eyni zamanda, Yalçın İmanov özü də ittihamın saxta olduğu qənaətindədir. Onun fikrincə, məqsəd Məmməd İbrahimə veriləcək cəzanın müddətini uzatmaqdır.

Qeyd edək ki, əvvəl Məmməd İbrahim Cinayət Məcəlləsinin yalnız 221.1-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilirdi.

Buna da bax: Ödənişli təhsil alan tələbələr də təqaüd ala biləcəklər

Bu maddədə 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. CM-nin 221.2.2-ci maddəsindəki əmələ görə isə iki ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan əvvəl Məmməd İbrahim Mikayıl Quliyev adlı şəxsi vurmaqda ittiham olunurdusa, artıq daha iki zərərçəkmiş - Oruc Vəliyev Məhəmməd Qurbanov da ortaya çıxıb. Onlar iddia edirlər ki, Məmməd İbrahimlə Mikayıl Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma Məmməd İbrahim onlara qarşı da zorakılıq edib.

Adları çəkilən şəxslərlə üzləşmə zamanı Məmməd İbrahim, ümumiyyətlə, onları tanımadığını, ilk dəfə gördüyünü bildirib.

Xatırladaq ki, Məmməd İbrahim Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.

XS
SM
MD
LG