Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

FTX inqilabın ildönümündən əvvəl 'anarxistləri' həbs edib


Vyaçeslav Maltsev
Vyaçeslav Maltsev

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilir ki, Rusiyanın bir neçə regionunda noyabrın 4 və 5-də hökumət və polis binalarına hücum hazırlamaqda şübhəli bilinən bir qrup şəxs həbs edilib.

Noyabrın 3-də yayılmış bəyanatda bildirilir ki, bu şəxslər müxalifət fəalı Vyaçeslav Maltsevin yaratdığı Artpodqotovka (artilleriya hazırlığı) qrupunun üzvlərdirlər.

FTX bunu da bildirir ki, Maltsev qrupunun üzvləri Krasnoyarsk, Krasnodar, Kazan, Samara və Saratov şəhərlərində saxlanıblar.

Özünü anarxist və millətçi adlandıran Maltsev YouTube saytındakı videosunda deyib ki, Rusiya bu həftəsonu “inqilaba” hazırlaşır.

Rusiyada noyabrın 4-də Xalq Birliyi günü, bunun ardınca isə noyabrın 7-də bolşevik inqilabının yüzüncü ildönümü qeyd ediləcək.

Məlumat verilir ki, qrup üzvləri inzibati binalara yandırıcı butulkalar atmalı və bununla da ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışmalı idilər.

Saratov regionunda yerli qanunvericilik orqanının keçmiş deputatı Maltsev ötən il parlamentə seçilmək üçün uğursuz cəhd etmişdi. O barəsində cinayət axtarışına başlandıqdan sonra, bu ilin iyul ayında Rusiyadan qaçıb.

Moskva prokurorluğu bildirir ki, Maltsev hazırda Fransadadır və oradan siyasi sığınacaq almağı planlaşdırır.

Oktyabrın 26-da Krasnoyarsk regional məhkəməsi Maltsevin Artpodqotovka hərəkatını ekstremist təşkilat kimi qadağan edib.

Moskva prokurorluğu oktyabrın 10-da Maltsevin həbsinə sanksiya verib.

XS
SM
MD
LG