Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

'Belə zəngin daşınar və daşınmaz əmlaklar necə əldə edilib?'-Media icmalı


Bahalı maşın
Bahalı maşın

Etibarlı ərzaq təminatı, gəlir bəyannaməsinin təsdiq edilməsinin illərlə uzanması və maliyyə ombudsmanlığının gələcək fəaliyyəti bu gün medianın (15 avqust, 2017-ci il) aparıcı mövzularındandır...

Gəlir bəyannaməsi: nə vaxta qaldı?

Exo” qəzetində “Azərbaycanda gəlir bəyannaməsinin tətbiq zamanıdır” sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, son zamanlar vətəndaşlar sosial şəbəkələrdə ölkə məmurlarının maddi imkanlarını fəal müzakirə obyektinə çeviriblər: “Vətəndaşlar heç cür anlaya bilmirlər ki, belə zəngin daşınar və daşınmaz əmlaklar necə əldə edilib. Eyni zamanda çoxmilyonlu varidata malik məmurlar bunun izahını verə bilmirlər”.

Buna da bax: Dövlət yoxsullara mal-qara, tikiş maşını verir

Müəllif xatırladır ki, “Dövlət məmurlarının gəlir bəyannaməsi haqqında” qanun 12 ildir ki, qəbul edilib. Amma ötən 12 il ərzində bəyannamə forması hələ də təsdiq edilməyib.

Ekspert Nəriman Ağayev
Ekspert Nəriman Ağayev

Qəzetə danışan ekspertlər isə hesab edirlər ki, bu prosesi ancaq ictimaiyyət və media sürətləndirə bilər. Onlar vurğulayıblar ki, Nazirlər Kabinetindən bəyannamə formasının indiyə kimi təsdiq edilməməsinə savab tələb edilməlidir.

Ekspert Nəriman Ağayev deyib ki, kimin necə yaşadığını əslində xalq yaxşı bilir:

“Uzun müddət məmurlar öz gəlirlərinə dair bəyannamə təqdim etməyiblər, buna son qoymağın vaxtıdır. O məmur ki, özünə arxayındır, gəliri barədə könüllü bəyannamə verməlidir”.

Ekspert Fuad Əlizadə isə mövzu ilə bağlı bunları deyib:

“Bu məsələni “ölü” nöqtəsindən nəyin tərpədə biləcəyi müəmma olaraq qalır”.

Üstəlik, ekspert hesab edir ki, gəlir bəyannaməsi formasının qəbul edilməsi belə çıxış yolu deyil. Çünki, məmur varını gizlədə bilməkdən ötrü yenə bir yol tapacaq.

Maliyyə ombudsmanlığı

Novoye Vremya” qəzetində isə “Maliyyə ombudsmanı nə ilə məşğul olacaq?” sualı gündəmə daşınır.

Buna da bax: SOCAR-ın vitse-prezidentinin adı dələduzluq işində hallanır

Yazıda Azərbaycanda yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənən maliyyə ombudsmanlığı dəyərləndirilir.

Müəllif yazır ki, maliyyə ombudsmanlığı institutunun məqsədi banklara etimadı gücləndirmək və məhkəmə müdaxiləsi olmadan tərəflər arasında mübahisələri tənzimləməkdir. Maliyyə ombudsmanlığı tərəflər arasında 2 min dollar həcminə qədərki mübahisəli məsələləri həll etməlidir:

Karikatura. Gündüz Ağayev.
Karikatura. Gündüz Ağayev.

“Bundan əlavə, maliyyə ombudsmanı ancaq banklarla bağlı şikayətləri qəbul edəcək. Tərəflər razı olduqda ombudsman mübahisəli məsələyə baxacaq. Ombudsman vətəndaşlara banklarla mübahisəli məsələsini həll etməkdə kömək edən hüquq müdafiəçisidir”.

Ancaq müəllif bu qurumun səmərəli fəaliyyət göstərəcəyinə inamsızlığını bildirir. Əsas kimi ölkə üzrə Ombudsman Aparatının fəaliyyətini göstərir:

Buna da bax: AZAL prezidenti həyat yoldaşı ilə müqavilə bağlayırsa... [araşdırma]

“Seçki, əmək, siyasi və iqtisadi hüquqlar pozulur. Bu zaman Ombudsman Aparatı hara baxır?. Məlum olur ki, bu qurum heç yana baxmır, heç nə görmür və heç nə eşitmir”.

Müəllif hesab edir ki, Ombudsman Aparatının əsas göstəricisi onun müstəqil olmasındadır. Heç bir dövlət qurumu onun fəaliyyətinə müdaxilə edə bilməməlidir:

“Bu qurum vətəndaşla hakimiyyət arasında insan haqları məsələsində münsif olduğu üçün tərəfsiz olmalıdır”.

Yazıda vurğulanır ki, maliyyə ombudsmanı Azərbaycan kimi ölkələrdə ümidləri doğrulda bilməz:

“Maliyyə ombudsmanlığı aldadılmış əmanətçilərin və ya iki devalvasiya nəticəsində öz pullarını itirmiş əmanətçilərin problemini həll edəcək? Şübhəlidir”

Etibarlı ərzaq təminatı

Azərbaycan” qəzetində “Sosial rifah, iqtisadi tərəqqi” sərlövhəli məqalədə ölkədə ərzaq təminatı siyasəti dəyərləndirilir.

Buna da bax: Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır

Müəllif yazır ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan Azərbaycanda da əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı dövlətin qarşısında duran ən vacib vəzifələrdən biridir:

“Ərzaq təhlükəsizliyini iqtisadi strategiyanın əsas komponenti kimi daim diqqət mərkəzində saxlayan prezident İlham Əliyev bu istiqamətdə xüsusi proqramlar həyata keçirir. Dövlət başçısının bu istiqamət üzrə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları uğurla icra olunur”.

Arxiv fotosu
Arxiv fotosu

Müəllif hesab edir ki, son vaxtlar əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına uyğun icra edilən layihələr nəticəsində aqrar sektorda dönüş əldə olunub. İstehlak bazarı sabitləşib, ixrac potensialı artıb, idxaldan asılılıq azalıb, ümumilikdə isə ərzaq təhlükəsizliyi möhkəmlənib.

Yazıda bildirilir ki, bu yaxınlarda Qaxda keçirilən Respublika müşavirəsində prezident İlham Əliyev ərzaq təhlükəsizliyini qarşıda duran vəzifələrdən biri kimi dəyərləndirib. Müəllif dövlət başçısından sitat da gətirib:

“Ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq”.

XS
SM
MD
LG