Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:09

700-ə yaxın vəzifəli şəxs cərimələnib


Azərbaycan Maliyyə Nazirliyi
Azərbaycan Maliyyə Nazirliyi

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2018-ci ildə apardığı nəzarət tədbirləri açıqlanıb.

Nazirliyin bu gün, martın 14-də yaydığı məlumatda bildirilir ki, həmin tədbirlər nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə, 7 milyon 27 min manat artıq və əsassız ödənişlər aşkar edilıb.

Məlumata görə, təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 milyon 195 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirlik bildirir ki, büdcədən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə və 7 şəhər ərazi nümayəndəliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Bura eyni zamanda təhsil, səhiyyə, geodeziya, kartoqrafiya müəssisələri, elmi tədqiqat institutları, uşaq bərpa mərkəzi, ali təhsil müəssisəsi və 2 səfirlik aid edilib.

“Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib. Həmin Məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub”, nazirliyin açıqlamasında yazılıb.

410.1-ci maddədə söhbət dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda maliyyə qaydalarının pozulmasından, ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmamasından, büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin smetaya uyğun xərclənməməsindən və normativdən artıq ştat vahidinin saxlanmasından gedir.

Bu maddəyə aid əməllər min manatadək məbləği əhatə edir.

410.2-ci maddə isə eyni əməllər min manatdan yuxarı məbləğdə törədildikdə tədbiq edilir.

“12 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4.550,5 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi məqsədi ilə sənədlər Baş Prokurorluğa göndərilib”, nazirlik bildirir.

Həmin təşkilatlara Ağtsafa Rayon Mərkəzi Xəstəxanası, Qəbələ Qızıl Balıqartırma Zavodu, bir sıra rayon icra hakimiyyəti başçılarının kənd nümayəndəlikləri və başqa qurumlar daxildir.

Maliyyə Nazirliyinin rəsmi açıqlamasına, hələlik, sözü gedən qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG