Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Nazir xarici borcun artma səbəblərindən danışıb


Samir Şərifov -16 may 2014
Samir Şərifov -16 may 2014

Maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borcunun artmasının səbəblərindən danışıb.

APA-nın xəbərinə görə, nazir bu barədə məsələyə iyunun 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında toxunub.

Nazirin açıqlamasına görə, burada üç səbəb var:

“Bunlar devalvasiya ilə bağlı xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı verilən dövlət zəmanətidir”.

S.Şərifov vurğulayıb ki, borc xarici valyutada götürülür.

O,deyib ki, maliyyə-bank sektorunun sağlamlaşdırılması, xüsusilə də Azərbaycan Beynəlxlaq Bankı” açıq səhimdar cəmiyyətində (ASC) olan maliyyə cinayətlərinin nəticəsində dövlətə böyük zərbə dəyib:
“Azərbaycan dövləti bankın əmanətçilərinin qorunması məqsədilə bankı xilas etmək qərarına gəlib. Nəticədə bankın heç bir əmanətçisinə zərər dəyməyib. Digər tərəfdən bankda xidmət olunan digər təşkilatlara da ziyan gəlməyib”.

Nazir bildirib ki, maliyyə sağlamlaşdırılması ilə bağlı 2,3 milyard dolları dövlət öz üzərinə götürüb.

S.Şərifov Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsindən də danışıb:
“Bu layihə ilə bağlı “Cənub Qaz Dəhlizi” şirkətinin 6 milyard dollarlıq borclanması yaranıb. Layihə ilə bağlı əsas risklər tikinti ilə bağlıdır. Məhz buna görə də xarici banklar da şərt qoyular ki, kredit ayrılarkən dövlət zəmanəti verilsin. Dövlət də zəmanəti o şərtlə verir ki, layihə ilə bağlı problem yaransa, dövlət müdaxilə edəcək və o pulları ödəyəcək. Biz dövlət borcunu ödəyərkən orta hesabla 10 faizə yaxın şərti öhdəlik yaradırıq...” – deyə S. Şərifov qeyd edib.

Xatırlatma

Maliyyə Nazriliyi bildirir ki, 2018-ci il yanvarın 1-də Azərbaycanın 9,398.3 miloyn dollar xarici borcu olib. 2017-ci ilin əvvəlində isə borc 6,913.2 milyon ABŞ dolları təşkil edirdi.Bu ilin 6 ayında da xarici borcun artdığı deyilir.

Amma müstəqil ekspertlər rəsmi rəqəmlərə ciddi şübhə edirlər.Onlar Azərbaycanın xarici borcunun daha çox olduğunu iddia edirlər.

XS
SM
MD
LG