Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Makronun Putinə daha bir zəngi nəticə verməyib


Emmanuel Makron
Emmanuel Makron

Yelisey sarayından bildirilir ki, Makron Putinlə söhbəti zamanı “təhlükəsizlik şəraiti ilə bağlı əsaslı məsələləri” müzakirə edib

Fransa prezidenti Emmanuel Makron Ukrayna və Rusiya prezidentləri Volodomir ZelenskiVladimir Putinlə ayrı-ayrılıqda telefon danışıqlarında olub.

Fransa prezidentinin ofisi martın 22-də bildirib ki, bu danışıqlardan məqsəd tərəflər arasında potensial atəşkəs razılaşması üçün lazım olan şərtlərin müəyyənləşdirilməsi idi.

Açıqlamada bildirilir ki, bu danışıqlarda heç bir razılaşma əldə olunmayıb, lakin Makron “səylərin davam etdirilməsinin zəruri olmasından əmindir”.

Makron bunu da bildirib ki, o Rusiyanın Ukraynaya bu təcavüzündə Kiyevin yanındadır.

Yelisey sarayından bildirilir ki, Makron Putinlə söhbəti zamanı “təhlükəsizlik şəraiti ilə bağlı əsaslı məsələləri” müzakirə edib.

Lakin Paris “əsaslı məsələlərin” nədən ibarət olduğunu şərh etməyib.

Rusiya tərəfi də Makronla Putin arasında danışıqların keçirildiyini təsdiq edib.

Kreml bildirib ki, tərəflər Ukraynadakı vəziyyəti və Ukrayna-Rusiya danışıqlarını müzakirə ediblər.

Makron Putin və Zelenski ilə ən aktıv telefon diplomatiyası aparan Avropa ölkəsi başçısıdır.

Lakin Fransa Qərbin Rusiyaya qarşı bütün sanksiyalara qoşulub.

XS
SM
MD
LG