Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:18

Emmanuel Makron İlham Əliyevə zəng edib


Ter-Petrosyan: ‘Azərbaycanla təcili saziş bağlansın! Sonra gec olacaq’
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Ter-Petrosyan: ‘Azərbaycanla təcili saziş bağlansın! Sonra gec olacaq’

Məlumata görə, Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında Azərbaycan dövlət başçısına məlumat verib

Sentyabrın 27-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında Azərbaycan dövlət başçısına məlumat verib:

“Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.”

Fransaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 26-da Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşmüşdü.

Ermənistanın baş naziri Farnsada Azərbaycanla keçmiş SSRİ daxilindəki administrativ sərhədlərin tanınmasının vacibliyini vurğulayıb.

O həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü Bakını Xankəndi (Stepanakert) ilə müzakirələrə çağırıb.

Paşinyan Azərbaycanın 13-14 sentyabrda Ermənistanın suveren ərazisinə təcavüz etdiyini də vurğulayıb.

Azərbaycanın mövqeyi

Bu yaxınlarda Azərbaycan prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, sərhədlər delimitasiya olunmadan heç kəs sərhədin haradan keçdiyini deyə bilməz.

Prezident Azərbaycanın müzakirələrə hazır olduğunu, ikitərəfli delimitasiya komissiyalarının işinə məsuliyyətlə yanaşdığını əlavə etmişdi.

Azərbaycan rəsmiləri hesab edirlər ki, münaqişə başa çatıb və Qarabağın statusu müzakirə mövzusu deyil.

İki həftə oncə Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu bildirilib.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

İlqar Məmmədov: 'Bizim Qərbi Zəngəzurda gözümüz yoxdur, amma...'
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG