Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

Makedoniya öz adı ilə bağlı mübahisəni çözməyə çalışır


Makedoniya baş nazirinin müavini Bujar Osmani (sağda) və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias
Makedoniya baş nazirinin müavini Bujar Osmani (sağda) və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias

Makedoniya baş nazirinin müavini Bujar Osmani öz ölkəsinin adına görə onilliklərdir davam edən mübahisəni yoluna qoymaq üçün Afinada Yunanıstan rəsmiləri ilə görüşüb.

Osmani yanvarın 9-da deyib ki, “biz bu problemi yaxın 6 ay ərzində həll etmək əzmindəyik”.

O əlavə edib ki, “2018-ci il onun ölkəsinin Avroatlantika inteqrasiyasında tərəqqi əldə etməsi üçün qızıl imkanlar ili olacaq”.

Afinada keçirilən bu danışıqlardan sonra yanvarın 17-də Nyu Yorkda BMT-nin egidası altında Makedoniya və Yunanıstan danışıqçıları - Vasko Naumovski və Adamantios Vasilakis arasında görüş olacaq.

Yunanıstan Makedoniya 1991-ci ildə Yuqoslaviyadan qopandan bəri yeni ölkə üçün bu adın işlədilməsinə qarşı çıxır. Afinanın mövqeyinə görə bu adla Skopye Yunanıstana ərazi iddiası irəli sürmüş olur. Afina bunu da bildirir ki, Makedoniya adı Skopeyeyə Yunanıstanın qədim tarixinin bir parçasını mənimsəmək imkan yaradır.

“Rasional həll”

Yunanıstanın Makedoniya adına etirazı Skopyenin NATO və Avropa İttifaqına üzvlüyü üçün əngəl yaradıb.

2008-ci ildə Yunanıstan Makedoniyanın – Makedoniya Keçmiş Yuqoslaviya Respublikası (Former Yugoslav Republic of Macedonia - FYROM) adı ilə NATO-ya qəbul edilməsini bloklayıb.

NATO Makedoniyanın alyansa üzvlük məsələsinə iyun ayında baxılmasını planlaşdırır.

Yunanıstan bir adı da Makedoniyalı İskəndər olan Böyük İskəndəri öz tarixinin bir parçası sayır
Yunanıstan bir adı da Makedoniyalı İskəndər olan Böyük İskəndəri öz tarixinin bir parçası sayır

Osmani yanvarın 9-da Makedoniya və Yunanıstan tərəflərinin hazırkı mövqeləri barədə şərh verməkdən boyun qaçırıb, lakin deyib ki, Yunanıstanın bu məsələyə “səmimiyyət və qətiyyətlə” yanaşdığına inanır.

Baş nazir müavini bildirib ki, bu məsələnin içində çoxsaylı “emosional laylar var və biz rasional həlli bu laylardan təmizləməliyik”.

Yunanıstan hökumətinin sözçüsü Dimitris Tzanakopoulos deyib ki, danışıqlar, Makedoniya hökuməti özünün “ifrat mövqelərindən geri çəkiləndən” sonra mümkün olub.

Makedoniya baş nazir müavininin Afina görüşü zamanı Yunanıstan Xarici İşlər Nazirliyinin qarşısına yığışmış ifrat sağçı Qızıl Dan partiyasının etirazçıları “xainlər, xainlər” deyə qışqırırdlar.

Skopyenin hakim sosial-demokrat koalisiyası ötən ildən bəri ölkənin adı barədə mübahisəni çözmək istədiyini bildirib.

Yanvarın 7-də Yunanıstanın Alpha TV telekanalına müsahibəsində Makedoniyanın baş naziri Zoran Zaev bəyan etmişdi ki, o bu mübahisənin iyul ayınadək çözüləcəyinə inanır.

Yanvarın 4-də Yunanıstanın xarici işlər naziri Nikos Kotzias müxbirlərə demişdi ki, Afina bu problemin bu il həll olunmasını istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG