Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:09

Makedoniya ölkənin yeni adına dair razılaşmanı ratifikasiya edir


Baş nazir Zoran Zeav (solda) parlamentdəki çıxşında Yunanıstanla razılaşmanı müdafiə edib
Baş nazir Zoran Zeav (solda) parlamentdəki çıxşında Yunanıstanla razılaşmanı müdafiə edib

Makedoniya parlamenti ölkənin yeni adı barədə Yunanıstanla imzalanmış razılaşmanı ratifikasiya edib. Ölkənin ana müxalifəti parlamentin bu sessiyasını boykot etmişdi.

Millət vəkilləri iyunun 20-də bu qərara 69-0 nisbəti ilə səs veriblər. Bu qərara görə ölkənin yeni adıŞimali Makedoniya Respublikası olacaq.

Müxalif millətçi VMRO-DPMNE partiyası səsverməni boykot edib.

Bu qərarı təsdiqləyən qanun layihəsinə parlamentdə azı 61 səs verilməsi kifayət edirdi.

Bu səsvermədən əvvəl baş nazir Zoran Zaev Milli Məclisdəki çıxışında “tarixi razılaşmanı” müdafiə edib və deyib ki, bu razılaşma hər iki tərəf üçün ləyaqətli və məqbul sazişdir.

Zaev bəyan edib ki, “biz heç kimə heç nədə güzəştə getməmişik”.

İyunun 19-da millət vəkillərinin ratifikasiyaya hazırlaşdıqları bir vaxtda yüzlərlə etirazçı Skopye şəhərinin mərkəzinə toplaşmışdı.

Millət vəkilləri ratifikasiya prosesinin qısa variantına 69-40 nisbəti ilə səs veriblər. Bundan sonra iki parlament komitəsi ratifikasiya olunacaq sənədi hazırlayıb.

İyunun 17-də iki ölkənin xarici işlər naziləri tərəfindən imzalanmış saziş ölkələr arasında 27 ildir ki, davam edən ad mübahisəsinə son qoymuş olur.

Afina və Skopye arasında davam edən bu mübahisəyə görə keçmiş Yuqoslaviya respublikası nə NATO-ya, nə də Avropa İttifaqına daxil ola bilmirdi.

Lakin sazişin qüvvəyə minməsinə aylarla vaxt lazım gələ bilər, beləki prezident Gjorge Ivanov razılaşmaya veto qoyacağını bildirib.

Bundan sonra qanun layihəsi parlamanetdə yenidən müzakirə və səsverməyə çıxarılacaq. Sənəd bu dəfə də qəbul edilsə, prezidentin onu bloklamaq imkanı qalmayacaq.

Razılaşmaya olan güclü müxalifəti aradan qaldırmaq məqsədilə Zaev bu məsələyə dair referendum keçiriləcəyini vəd edib. Əgər bu referendumda makedoniyalılar “hə” desələr, o zaman parlament Konstitusiyaya düzəliş edəcək.

Məsələ burasındadır ki, razılaşma həm də Yunanıstan parlamnetində səsə qoyulmalıdır. Orada da bu razıalşmaya güclü müqavimət mövcuddur.

XS
SM
MD
LG