Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Makedoniya prezidenti ölkənin yeni adı ilə bağlı razılaşmanı təsdiqləmədi


Gjorge Ivanov
Gjorge Ivanov

Makedoniya prezidenti Georgi İvanov, ölkənin yeni adı ilə bağlı (Şimali Makedoniya) Yunanıstanla imzalanmış razılaşmanı təsdiqləməyib.

Azadlıq Radiosunun məlumatına görə, prezident aparatının iyunun 26-da yaydığı bəyanatda razılaşmanın konstruktiv olmadığı bildirilir.

Parlament iyunun 20-də razılaşmanı yektilliklə təsdiqləyib.

Amma parlament ikinci dəfə də belə qərar qəbul etsə prezident onu əngəlləyə bilməyəcək.

Parlamentin sədri Talat Xhafer deyir ki, yəqin ki, deputatlar ikinci dəfə də razılaşmanı təsdiqləyəcək.

İyunun 17-də imzalanan razılaşma iki ölkə arasındakı 27 illik mübahisəyə son qoydu.

Buna da bax: "Makedoniya ilə Yunanıstan tarixi sənəd imzaladılar"

Razılaşma həmçinin Makedoniyanın Avropa Birliyi və NATO-ya qoşulmasını əngəlləyən maneələri aradan qaldırır.

Afina və Skopye arasında bu mübahisə Makedoniya 1991-ci ildə dinc şəkildə Yuqoslaviyadan ayrılan vaxtdan başlanıb.

O vaxtdan bəri Afina Makedoniya adına etiraz edərək bildirir ki, bu onun vilayətlərinfən birinin adıdır və beynəlxalq birlikdə dolaşıqlıq yaradır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG