Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 03:54

Şimali Makedoniya fevralın 6-da NATO-ya qəbul ediləcək

Şimali Makedoniyanın baş naziri Zoran Zaev  və NATO-nun baş katibi Jens Stoltenberg
Şimali Makedoniyanın baş naziri Zoran Zaev və NATO-nun baş katibi Jens Stoltenberg

NATO ölkələri fevralın 6-da Şimali Makedoniya respublikasının bu ittifaqa qoşulması barədə protokol imzalayacaqlar.

Bu barədə NATO-nun baş katibi Jens Stoltenberg fevralın 2-də özünün “Tvitter” səhifəsində məlumat verib.

“Fevralın 6-da tarix yazacağıq: NATO müttəfiqləri Şimali Makedoniyanın xarici işlər naziri Nikola Dmitrovla bu ölkənin ittifaqa qoşulması barədə protokol imzalayacaqlar”,Stoltenberq yazır.

Makedoniya parlamenti 2019-cu ilin yanvarında ölkənin Şimali Makedoniya adlandırılması ilə bağlı Yunanıstanla imzalanmış sazişi təsdiqlədi.

Ölkənin əvvəlki adı Yunanıstanın etirazına səbəb olmuşdu.Çünki Makedoniya Yunanıstanın əyalətlərindən biridir.

Buna görə də Yunanıstan Makedoniyanın NATO və Avropa Birliyinə qoşulmasını əngəlləyirdi.

Mübahisə yoluna qoyulduqdan sonra Yunanıstan etirazını geri götürdü.

This item is part of
XS
SM
MD
LG