Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:33

Makedoniya prezidenti “alban dili qanununa” veto qoyub


Makedoniya prezidenti Gjorge Ivanov
Makedoniya prezidenti Gjorge Ivanov

Makedoniya prezidenti Gjorge Ivanov alban dilindən rəsmiistifədinin bütün ölkəyə tətbiq edilməsini nəzərdə tutan qanunu veto edib. Prezident deyib ki, qanun Makedoniyanın birliyinə və suverenliyinə hədə yaradır.

Ivanov yanvarın 17-də bildirib ki, qanun dövlət təsisatlarında “çox bahalı xərclərə” səbəb ola və dövlət administrasiyasını dolaşıqlığa sala bilər.

Prezident deyib ki, bu qanunvericilik aktı, habelə “dialoq və birgəyaşayış vasitəsilə multietnik cəmiyyətin yaradılmasına xidmət etməkdənsə”, Makedoniyanın “birliyinə, suverenliyinə və ərazi bütövlüyünə” təhlükə yaradar.

Sözü gedən qanun layihəsində alban dilinə Makedoniya dili ilə yanaşı rəsmi statusun verilməsi nəzərdə tutulur.

Hökumət Ivanovun qərarından təəssüf ifadə edərək bildirib ki, qanun tamamilə konstitusiyaya uyğundur və Makedoniyanın bütün vətəndaşlarına qayğı və diqqəti nümayiş etdirir.

Qanun layihəsi yanvarın 11-də parlamentdə keçirilmiş səsvermə zamanı 120 deputatdan 69-nun dəstəyini qazanıb, lakin əsas müxalifət partiyası tərəfindən boykot edilib.

İndi qanun ikinci səsvermə üçün təkrar parlamentə qaytarılacaq. Əgər qanun bu dəfə də qəbul olunarsa, prezident onu imzalamağa borcludur.

Bu qanun müxalif VMRO-DPMNE partiyası tərəfindən qızğın tənqid olunur. Bəzi digər qüvvələr qanunun konstitusiyaya və Makedoniyanın milli maraqlaırna zidd olduğunu bildirirlər.

Hazırda mövcud olan qanuna görə alban dilinin rəsmi statusu var, lakin ondan yalnız alban əhalisinin azı 20 faiz təşkil etdiyi ərazilərdə rəsmən istifadə oluna bilər.

Makedoniyanın 2, 1 milyon nəfərlik əhalisinin dörddə birini təşkil edən albanlar əsasən ölkənin şimal-qərbində, Kosova və Albaniya ilə həmsərhəd bölgələrdə yaşayırlar.

Sosial Demokrat İttifaqından baş nazir Zoran Zaev ötən il alban siyasi partiyaları ilə koalisiya təşkil edəndə bu qanunun qəbul ediləcəyini vəd etmişdi.

Bu koalisiya razılaşması 2006-cı ildə faktiki olaraq VMRO-DPMNE partiyasını hakimiyyətdən salıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG