Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 03:22

Parlament niyə yığışır? Deputat cavab verir


Milli Mәclis iyulun әvvәlindә bәzi qanun layihәlәrinin müzakirә etmәk üçün toplanacaq. Bu barәdә “Turan”-a millәt vәkili Vahid Әhmәdov bildirib.

“Bəzi qanunların qәbul edilməsini çatdırmamışıq vә ona görә dә sessiyanın vaxtının 15 gün uzadılmasını xahiş etmişik. İyuldakı iclasda bir neçә qanunun müzakirәsi vә qәbul edilmәsi gözlәnilir”, - deputat söyləyib.

Onun dediyinə görə parlamentin buraxılması haqqında mәtbuatda gedәn xәbәrlәr әsassızdır.

“Parlament özü özünü buraxmır, bunun üçün xüsusi sxem var”, - deyә Әhmәdov izah edib.

İyulun 2-də ölkә mediasında Milli Mәclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda xəbərlər yayılıb.

Xatırlatma

Azәrbaycanda son parlament seçkilәri 2015-ci ilin noyabrın 1-dә keçirilib. Rәsmi mәlumata görә, seçkidə seçicilərin 55.7%-i (2,897,188 nəfər) iştirak edib vә parlamentdә çoxluğu Yeni Azәrbaycan Partiyası qazanıb.

Beynəlxalq qurumlar və müstəqil müşahidəçilər seçkilər zamanı çoxsaylı qanun pozuntularının olduğunu bildiriblər.

Növbəti seçkilər 2020-ci ildə keçrilməlidir.

XS
SM
MD
LG