Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 21:55

Ən gözəl mahnılar da axırda niyə gözdən düşür?


“Bəzən bir mahnı adamı tamamilə əfsunlayaraq əsir edir, melodiyası beyində çalınır, hisslərimizi riqqətə gətirir. Amma bir müddət keçir və hiss edirik ki, bu, sanki ruhumuza hakim kəsilmiş həmin mahnı deyil”.

“İndependent” qəzetində həyat tərzi məsələlərindən yazan Kashmira Gander-in məqaləsində deyilir ki, “axırda bu mahnı da dinləyə-dinləyə öldürdüyümüz gözəl mahnıların uzun siyahısına qoşulur”.

Amma digər tərəfdən, hər hansı bir mahnının ruha hakim kəsilməsini şərtləndirən nədir? Bunu tam mənası ilə dəqiq bilən yoxdur, amma bu fenomenə dair bəzi nəzəriyyələr mövcuddur.

Neyroalimlər inanırlar ki, bizi titrədən hər hansı mahnını dinləyərkən beynimiz iki mərhələdən keçir.

Əvvəlcə beyindəki quyruqlu nüvə sevimli mahnının ən xoşumuza gələn hissəsini “yazır”, bunun ardınca beyindəki əzgiləbənzər cism həmin hissədən təsirlənərək endorfinlərin buraxılmasına təkan verir.

Endorfinlər həzz hissi ilə bağlı maddə hesab olunur. Amma məsələ burasındadır ki, biz mahnıya təkrar-təkrar qulaq asdıqca beynin endorfin emissiyası, yəni emosional həyəcanı da azalır.

Britaniyadakı Şeffild Universitetindən musiqi psixologiyası professoru Michael Bonshor deyir ki, bunun bir səbəbi də elə musiqinin özüdür.

Onun fikrincə, hər bir yenilik kimi yeni mahnı da bir müddətdən sonra köhnəlir və həyəcanvericiliyini itirir.

Digər əsas faktor mahnının nə dərəcədə mürəkkəb olması ilə bağlıdır. İçərisində çox sayda elementləri olan musiqilər beyin üçün daha mürəkkəb qıcıqlandırıcılara malik olur və beynə hər dəfə güclü impuls verə bilir.

Alimin fikrincə, belə mahnıları zaman keçdikcə daha çox sevirik və mürəkkəb mahnıların daha uzun müddətdə populyar qalmasına səbəb də budur. Sadə mahnılarla bağlı bunun tam əksi baş verir.

Boshner Queen-in “Bohemiya rapsodiyası” (Bohemian Rhapsody) mahnısını misal gətirir. O deyir ki, 6 dəqiqə uzunluğu olan bu mahnı harmonik, ritmik və vokal mürəkkəbliyi olan bir neçə qatdan ibarətdir.

Professor qeyd edir ki, bu mahnı ilk dəfə səslənəndə şok effekti yaratmışdı, amma 40 ildən sonra da müğənninin ən populyar mahnılarından biri sayılır.

Mahnı bu qırx ildə dəfələrlə hit paradların zirvəsinə qalxıb. Buna səbəb, onun mürəkkəbliyinə görə hər dəfə başqa cür səslənməsidir.

Boshner deyir ki, bunun əksi olaraq Eurovision yarışlarında qalib gələn mahnıları göstərmək olar.

Bu mahnılar daha sadə struktura və daha az qatlara malik olduğundan qısa müddətdə populyarlaşır və dərhal da yaddan çıxıb gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG