Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:33

Mahaçqalada sürücü sərnişinləri pulsuz daşıyır


Cümə günü sərnişinləri pulsuz daşıyan sürücü
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Cümə günü sərnişinləri pulsuz daşıyan sürücü

Artıq 3 ildir ki, 65-yaşlı mahaçqalalı marşrut avtobusu sürücüsü Abdulmecid Çupalayev cümə günləri və Qurban bayramında sərnişinlərdən pul almır. O bu yolla dörd infarkt və iki insult keçirdikdən sonra həyatda qala bildiyinə görə Allaha şükür etdiyini deyir.

Mahaçqala, cümə günü. Adi şəhər marşrut avtobusu dayanacaqda dayanır. Bir qadın sərnişin salona daxil olaraq sürücüyə pul uzadır.

Sürücü «pul günü sabahdır. Bu gün sədəqə günüdür» deyərək, qadından gedişhaqqını götürmür.

«Gərək mən də nəsə edim»

İslamda «sədəqə» Allah xatirinə həyata keçirilən yaxşı işlərə deyilir. 65 yaşlı Abdulmecid Çupalayevin Allaha şükür etmək üçün həqiqətən də ciddi səbəbləri var. Kişi dörd infarkt və iki insult keçirdikdən sonra möcüzə nəticəsində hələ də həyatdadır. Sol əli qismən iflic olsa da, gəzə, danışa, maşın sürə, namaz qıla, bir sözlə, gündəlik adi həyatını yaşaya bilir.

«Adamlar ömürlük yatağa düşürlər, məni isə Allah qurtarıb. Allaha xidmət etmək lazımdır: o mənə belə yaxşılıqlar edəndə, gərək mən də nəsə edim», – Çupalayev deyir.

Sürücü Allaha şükür etmək üçün cümə günləri və Qurban bayramında insanları pulsuz aparıb-gətirir. Uşaqlardansa heç vaxt pul almır. Marşrut avtobusunun görünən yerində «Hər cümə gediş-gəliş pulsuzdur» elanı yapışdırılıb. Ancaq adamlar bu elana fərqli reaksiya verirlər. Bəziləri kiminsə öz ziyanına işləyə biləcəyini anlamır, bəziləri isə sürücüyə minnətdarlıq edir; ona dua edərək, «Allah səni saxlasın!» deyib düşür. Kimsə sadəcə 17 rubla (0.3 dollar) qənaət etdiyinə görə sevinir və buna görə sürücüyə təşəkkür edir.

Abdulmecid Çupalayevin avtobusu
Abdulmecid Çupalayevin avtobusu

Abdulmecid kişi deyir ki, heç vaxt pulsuz işlədiyi günlər nə qədər pul qazana biləcəyini hesablamayıb. Həmkarları onun bu əməlinə hörmət etsələr də, hələlik özləri sərnişinləri həftədə bircə gün də pulsuz daşımağa hazır deyillər.

Yerli jurnalistlərə verdiyi müsahibələrin birində Çupalayev həccə, Məkkə ziyarətinə getmək arzusunda olduğunu deyib. İmkansız adamları həccə göndərməklə məşğul olan «Umra.Həcc» layihəsinin rəhbəri Fatima Sultanova onun bu müsahibəsini görüb.

Məbləğ bir sutkaya yığılıb

«Bu yaşlı kişi haqqında çoxdan eşitmişdim və düşünürdüm ki, yəqin ona artıq həcc ziyarəti hədiyyə ediblər. Ancaq sonradan mənə məlumatlar daxil olmağa başladı. Bildirirdilər ki, ona heç kim kömək etməyib. Beləliklə də biz vəsait toplamağa başladıq. Hələ biz vəsait toplama kampaniyasının başlandığını elan etməmiş pul gəlirdi. Pulun yarısı onunla görüşümüzdən əvvəl toplanıb. Cəmi bir sutka ərzində bütün məbləğ yığılıb», – Fatima Sultanova deyir.

Yarım ildən sonra arzusunun gerçəkləşəcəyini öyrənən Abdulmecid göz yaşlarını saxlaya bilmədi. Ona bağışlanan həcc ziyarəti biletini həmişə özü ilə gəzdirir.

«Nəsrəddin xoca deyirdi ki, kişinin malı gözünün qabağında olar. Belə qiymətli şeyi heç kimə etibar edə bilmərəm, heç yerdə qoymaq istəmərəm. Bir dəfə bir kağızımı itirmişəm, o vaxtdan daha heç kimə etibar eləmirəm», – sürücü deyir.

Abdulmecid Çupalayev Məkkə ziyarətinə bu ilin avqustunda gedəcək. Ancaq o bu məsuliyyətli səfərə indidən hazırlaşır: zəvvarlar üçün yazılmış kitablardan oxuyur ki, müsəlmanlardan ötrü müqəddəs torpaqda mütləq ziyarət etməli olduğu yerlərdən xəbərdar olsun.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG