Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Venesuela ordusunun daha bir yüksək rütbəli zabiti Maduronu tanımamağa çağırdı


Venesuela prezidenti Nicolas Maduro hərbçilərlə
Venesuela prezidenti Nicolas Maduro hərbçilərlə

Venesuela ordusunun daha bir yüksək rütbəli zabiti, özünü müvəqqəti prezident elan etmiş müxalifət lideri Juan Guaido-nun tərəfinə keçib.

“Bizim, hərbçilərin 90 faizi narazıdır”,polkovnik Ruben Pas Ximenes ( Ruben Alberto Paz Jimenez) videomüraciətində deyib.

O deyib ki, ordudan Maduronu hakimiyyətdə saxlamaq üçün istifadə olunur. Eyni zamanda hərbi həkim olan polkovnik ordunu Maduroya tabe olmamağa və ABŞ və Kalumbiyadan ölkəyə göndərilən humanitar yardıma yol açmağa çağırıb.

Hazırda həmin hümanitar maşın karvanı sərhəddən buraxılmır.

Bundan əvvəl Venesuela hərbi-hava qüvvələrinin generalı Francisko Yanes də müxalifət lideri Guaidonu ölkə başçısı kimi tanıyıb.

Müxalifət lideri və parlamentin sədri Juan Guaido ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Qeyd edək ki, Rusiya Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG