Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Maduro Venesuelanın “Amerika Dövlətləri Təşkilatı”ndan çıxdığını bəyan edib


Venesuela prezidenti Nicolas Maduro
Venesuela prezidenti Nicolas Maduro

Nicolas Maduro Venesuelanın “Amerika Dövlətləri Təşkilatı”ndan çıxdığını bəyan edib.

AzadlıqRadiosunun məlumatına görə, bu barədə o, özünün Tvitter hesabında yazıb.

“Amerika Dövlətləri Təşkilatı” ötən əsrin ortalarında yaradılıb.

Bu təşkilata Şimali və Cənubi Amerikadan 30-dan çox ölkə daxildir.

Təşkilatın əsas prinsipi demokratiya,insan haqları, təhlükəsizlik və inkişafdır.

Venesuelada prezidentliyini qorumağa çalışan Nicola Maduro bu təşkilatdan çıxmağa hələ iki il əvəl başlamışdı. O, təşkilatı ABŞ-dan aslı olmaqda günahlandırır.

Amma bu təşkilat aprelin 9-da müxalifət lideri Juan Guaidonu Venesuelann qanunu rəhbəri kimi tanıyıb.

Mxalifət lideri və parlamentin sədri Juan Guaido bu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

O gündən bu yana ölkədəvaxtaşırı kütləvi etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, ABŞ, əksər Latın Amerikası və bir sıra Avropa Biurliyi ölkələri Guaidonu Venesuelanın müvəqqəti legitim prezidenti hesab edirlər.

Rusiya, İtan, Kuba və Türkiyə kimi ölkələrsə bu münaqişədə Maduronun tərəfini saxlayırlar.

Maduro rejimi ABŞ-ın bu ölkəyə göndərditi hümanitar yardımları Kolumbiya, Braziliya və Meksika sərhədlərindən buraxmır.

Maduro ABŞ-ı bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

ABŞ indiyədək Maduro rejiminə qarşı bir sıra sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG