Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

Maduro qızıl satmaq planından daşınıb


Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduro
Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduro

Venesuelada prezidentliyini qorumağa çalışan Nicolas Maduro hökuməti ölkənin qızıl ehtiyatından 20 ton qızıl satmaq planından daşınıb.

Bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış mənbələrə istinadla xəbər verir.

Agentliyin məlumatına görə, Venesuelanın Mərkəzi Bankı satmaq üçün 20 ton qızıl qaplaşdırıbmış. Amma sövdələşmədə iştirak edənlər beynəlxalq təzyiqlər və sanksiyalar siyahısına düşməkdən qorxduqlarına görə, ondan imtina ediblər.Agentlik yazır ki, bankın bir sıra əməkdaşları ABŞ-ın sanksiyalarından çəkindiklərinə görə, göstərişi sabotaj edirmişlər.

Mənbələrin bundan əvvəl agentliyə verdikləri məlumata görə, bu qızıllar Rusiyanın E-Cargo hava şirkətinə məxsus yük təyyarəsi ilə daşınmalı imiş. Amma “Flightradar24” saytının məlumatına görə, təyyarə Karakasdan qalxaraq Moskvaya dönüb.

Qızıl satışı, büdcəni doldurmaq üçün hökumətin bir neçə mümkün imkanlarından biri idi.

Ölkə büdcəsi, əsasən PDVSA Dövlət neft şirkətindən gələn gəlir hesabına doldurulurdu. Amma ABŞ yanvarın 29-da şirkətə qarşı sanksiya tətbiq elədi.

Reuters agentliyi yanvarın 30-da bildirdi ki, avropalı treyderlər sanksiyalardan çəkinərək Venesuela neftini almaqdan imtina ediblər.

“Bloomberg” isə yazır ki, Venesuelanın qızıl ehtiyyatının bir qisminin saxlandığı “İngiltərə Bankı”-da yanvarda onu Venesuela rəsmilərinə verməkdən imtina edib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton isə "Tvitter”də bildirib ki, Vaşinqton Venesuelanın ehtiyyatlarının Nicolas Maduro və onun tərəfdarları tərəfindən qarət olunmasına yol verilməməsi üzərində işləyir. O həmçinin biznesmenlərə Venesuela ilə iş görməməyi məsləhət görüb və qeyd edib ki, Maduro hökuməti xalqın ehtiyyatlarını oğurlamaq istəyir.

Venesuela müxalifətinin lideri, Maduronun rəqibi Juan Guaido venesuelalıları fevralın 2-də yenidən küçələrə çıxıb yeni seçki keçirilməsi üçün Maduroya təzyiq göstərməyə çağırıb.

O fevralın 2-də kerçiriləcək etirazı “Venesuela tarixinin ən böyük yürüşü” adlandırıb.

Qeyd edək ki, ABŞ, Kanada,Braziliya və bir şox Latın Amerikası ölkələri onu artıq müvəqqəti prezident kimi tanıyıblar.

Avropa Birliyi də Maduroya bildirib ki, əgər fevralın 3-dək yeni seçki çağırmasa, Guaido-nun müvəqqəti prezident kimi tanınmasında Birləşmiş Ştatlara qoşulacaqlar.

Guaido böhranın çözülməsi üçün danışıqlarda vasitəçi olmaq barədə Meksika və Uruqvayın təklifini rədd edib.

O deyib ki, “müxalifət insan haqları pozuntularının hakimiyyətdə qalmasını təmin edən danışıq və müzakirələrdə iştirak etməyəcək”.

Hakimiyyətini qoruyub saxlamağa çalışan Maduro ötən mayda keçirilən qeyri-demokratik seçkidə qalib gələrək ikinci müddətə prezidentliyini elan edib.

Son illərdə milyonlarla venesuelalı hiperinflyasiya, ərzaq və dava-dərman çatışmazlığı ucbatından ölkəni tərk edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG